SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sahibkarlar ləğv olunmuş qərar əsasında qətnamə çıxaran hakimlərdən Fikrət Məmmədova şikayət edir

Sahibkarlar ləğv olunmuş qərar əsasında qətnamə çıxaran hakimlərdən Fikrət Məmmədova şikayət edir

Tarix:

6-03-2017, 14:36

/ 2 393 dəfə oxundu.
Sahibkarlar ləğv olunmuş qərar əsasında qətnamə çıxaran  hakimlərdən Fikrət Məmmədova şikayət edir

Bazarkomun özünün mülkiyyətinin sənədləri ləğv olunub, amma o sənədlə sahibkarları məhkəməyə verir-Absurd qətnamə
Sahibkarlar ləğv olunmuş qərar əsasında qətnamə çıxaran hakimlərdən Fikrət Məmmədova şikayət edir


Sumqayıtda ”Şərq Bazarı” ərazisində fəaliyyət göstərən 66 sahibkar Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıb.Müaraciətdə sahibkarlar Sumqayıt Şəhər Məhkəməsinin hakimləri Məmmədov Ceyhun Bəşir oğlunun və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Telman Quliyevin çıxardığı ədalətsiz qərarlardan şikayətçidirlər.Surəti redaksiyamıza göndərilən müraciəti təqdim edirik:

“Sumayıt şəhəri, ”Şərq Bazarı”nda fəaliyyət göstərən 66 sahibkar adından
Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova
MÜRACİƏT
Müraciətin qısa mətnini oxuculara təqdim edirik:
“Hörmətli nazir ,Siz həmişə hakimlərin məhkəmə işlərinə qərəzsiz, ədalətli yanaşmısınız. Hakimlərə tələbkarlıqla yanaşmaqla bərabər, tərəfkeşlik edən hakimlərə qarşı barışmaz münasibət bəsləmisiniz. Lakin, təəssüflər olsun ki, Sumqayıt Apellyasiya Məhkəməsinin  hakimi Telman Quliyev qarşı tərəfə-Rəşid Babayeva və onun şəriklərinə tərəfkeşlik edərək Sumqayıt Şəhər Məhkəməsinin qüvvədən düşümüş, ləğv olunmuş qərara əsasında çıxartdığı qətnaməni qüvvədə saxlayıb və bununla da qanunvericiliyi kobud pozub.
Dediyimiz kimi 2016-cı il iyulun 25-i Sumqayıt Şəhər Məhkəməsinin hakimi Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi ilə Rəşid Babayevin və digər iddiaçı Afət Həsənovanın iddiası ilə məhkəmə iclası keçirilib və hakim qeyri-qanuni,qüvvədən düşmüş sənədlər əsasında absurd qətnamə çıxarıb ki,bu da haqlı olaraq "Şərq bazarı"nda fəaliyyət göstərən 66 sahibkarın narazıçılığına səbəb olub. Qeyd edək iddiaçılar- "Şərq bazarı"nın keçmiş direktoru , “RŞHT” Şirkətinin Ticarət Mərkəzinin təsisçisi Rəşid Babayev, digər təsisçi Afət Həsənovanın nümayəndəsi öz iddialarında Sumqayıt şəhəri,9-cu mikrorayon ünvanında guya ki,iddiaçıların mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş 7 metr hündürlüyündə dəmir beton dirəklərdən(bir hissədə isə 3 metr) ibarət , 3 tərəfdən bazarı əhatəyə alan karkasın cavabdehlər tərəfindən sökülməsini xahiş edib ,bu nə qədər absurd və qanunazidd olsa da hakim bu iddianı təmin edib.
Bu azmış kimi Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Telman Quliyev bu qərarı təsdiqləyib.
Biz  təəccüb edirik ki, bu hakimlər belə absurd,əsassız iddiaları ümumiyyətlə qəbul edib baxıblar.Əslində bu kimi iddialar rədd edilməməli idi,ümumiyyətlə baxılmamalı idi .Amma hakimlər nəinki iddiaya baxıblar,hələ üstəlik ədalətsiz qərar çıxarıblar.Axı hətta qanunların incəliklərini qoyaq bir kənara adi məntiqlə,gözlə də bu nəticəyə gəlmək olar ki,dükanın qabağı da mülkiyyət sahibi olanların,yəni bizə aiddir.Üstəlik əgər Rəşid Babayevin ümumiyyətlə sənədləri qaydasında deyilsə o necə, hansı əsasla dükanlara bitişik dirəklərin sökülməsi ilə bağlı bizi məhkəməyə verə bilər? Bundan başqa qanunsuzluq baş veribsə, məhkəməyə verilə bilsək belə bunu o yox, hansısa müfafiq dövlət orqanı edə bilər. İndiyəcən bu məhkəməni çıxmaq şərti ilə bütün məhkəmlərdə bizim xeyrimizə qərar çıxarılması da bizim haqlı olmağımıza dəlalət edir və bizim Ədliiyə sisemimizə inanmıza artırır. Amma son qərarlarla dövlətin adından çıxış edən hakimlər bu inama zərbə vurmağa çalışırlar. Xatırladaq ki, Əmlak Komitəsini də 2012-ci ildə məhkəməyə vermişdir,lakin bu məhkəmə də onun iddiasını təmin etməmişdir. 2013-cü ildə isə Əmlak Məsələləri Dövlət Komitəsindən ona rəsmi məktub göndərilib Məktubda onun sənədləri,mülkiyyətinə olan çıxarışları ləğv olunduğundan,onun ərazisi 25 sot azaldığından yenidən komitəyə ərizə ilə müraciət etməsi xahiş olunur. Amma çox qəribə də olsa R.Babayev indiyəcən Əmlak Komitəsinin Sumqayıt Ərazi idarəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsinə müraciət etməyib, qalan torpaq üzərində olan mülkiyyət hüququnu qeydiyyatdan keçirib təsdiq etdirməyib və sənədlərini təzələməyib. Bu ümumiyyətlə R.Babayevin qanunlara olan münasibətidir. Bütün bundan bir qənatə gəlmək olur ki,o Azərbaycan qanunlarını qəbul etmək istəmir. 

Bu qərarları ona görə qanunazidd adlandırmaq olar ki, adıçəkilən dirəklər iddiaçıların ərazisində yerləşmir. Çünki 2013- ci ildə Rəşid Babayevin və digər təsisçinin mülkiyyətində olan 1 hektar 8 sot torpaq sahəsinə aid olan çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun müvafiq sərəncamı ilə etibarsız hesab olunub və adıçəkilən mülkiyyətçilərin mülkiyyət hüquqlarının qeydiyyatı daşınmaz dövlət reyestrində ləğv olunub. Belə olan halda hakim Ceyhun Məmmədov hansı əsasla bazarkomun iddiasını təmin edib,çox təəcüblüdür. 

Telman Quliyevin tərəfindən Ədliyyə Nazirliyinin ekspertinə tapşırılıb ki, məhkəmə predmeti olan həmin dirəklərin hansı tərəfin ərazində olmasını müəyyən etsin,o da “fərasət” göstərərək “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hansısa kadastr xəritəsində mifik sənəd tapıb hakimə təqdim edib ki,bəs dirəklər olan ərazi Rəşid Babayevə məxsusdur, hakim də tez bazar haqqın-ədalətin yox bazarkomun xeyrinə qərar çıxarıb.

Halbuki qeyd etdiyimiz kimi o sənədlər vaxtıliə ləğv olunub

Cənab nazir, biz bilirik sizin səyləriniz sayəsində təkcə keçən il vətəndaşların narazılığına səbəb olan pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.
Bu barədə sizin iştirakınız ilə fevralda keçirilən Məhkəmə-Hüquq Şurasının iclasında qeyd edilib. Şurada həmçinin, qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə bir şox hakimlər cəzalanıb,vəzifələri aşağı salınıb , bir çoxlarına töhmət verilib, irad tutulub.
Yuxarıda adını çəkdiyimiz hakimlərin qərarları elə cəzalanmış hakimlərin çıxardıqları qərarlar qəbildəndir və burada ,əldə fakt olmasa da korrupsiya elementləri hiss olunur.
Düşünmək olar ki, məhkəmədə əleyhinə qərar verilən tərəfin,yəni bizim narazı olmağımız təbiidir,amma bu o qəbildən olan hal deyil.Çünki burada Telman Quliyevin qarşı tərəfə-Rəşid Babayeva tərəfkeşliyi açıq-aşkar duyulurdu. Təsəvvür edin ki,66 sahibkara və onların dükanlarında işləyən yüzlərlə insana aid olan taleyüklü məsələyə 15-20 dəqiqəyə , işi araşdırmadan,mahiyyətinə varmadan,qarşı tərəin təkzibolunmaz faktlarını nəzərə almadan qərar verildi. Elə bil hakim Rəşid Babayevin və onun havadarlarının vəkili idi.Qarşı tərəfin dəlillərinə, faktlaraına münasibət belə bildirilmədi ,onların tam səslənməsinə belə imkan vermədi. Qanunvericiliyi kobud surətdə pozaraq sifarişli qərar çıxarıb,bundan əvvəl çıxarılan ədalətsiz qərarı dəstəkləyib. Çox güman ki, işə baxan adıçəkilən hakimlər özlərinə əziyyət verib heç Əmlak Komitəsinin qərarlarını da oxumayıblar.

Cənab Fikrət Məmmədov,biz bilirik ki, hakimlərin fəaliyyətinə təsir etmək yolverilməzdir, onların çıxardığı qərar nə qədər ədalətsiz olsa da qanunpərəst vətəndaş olduğumuzdan qəbul edirik ki, onların səlahiyyətinə qarışa, müdaxilə edə bilmərik. Öz hüquqlarımızdan istifadə edərək qərardan Ali Məhkəməyə şikayət edəcəyik .
Məhkəmənin qərarına müdaxilə etmək hüququmuz olmasa da və hakimlər qərar verməkdə müstəqil olsalar bu məsələdə ortada olan faktlar hakimin çıxardığı qərara o qədər əksdir ki, istər-itəməz qərar bizdə şübhə doğurur.İş o qədər aydındır ki, məsələ mübahisə predmeti ola bilməz.Hətta ən təcrübəsiz hakim belə qüvvədən düşmüş sənəd əsasında qərar çıxarmazdı və bu da onu sübut edir ki, bu hakimlər qanunun aliyini təmin etmək əvəzinə Rəşid Babayevin və onun havadarlarının iradəsini təmin ediblər.
Hörmətli nazir, Rəşid Babayev qüvvədən düşmüş 2007-ci ilin saxta sənəd ilə məhkəməyə müraciət edib və məhkəmənin şıxardığı ədalətsiz qərar ilə camaatın mülkiyyətinin qabağında olan gediş-gəliş yolununun Afər Həsənova ilə birgə mülkiyyətinə məxsus olmasını yenidən subut etmək istəyir. Bütün bunları nəzərə alaraq sizdən xahiş edirik ki, bu məsələni öz nəzarətinizə götürəsiniz ,sahibkarların probleminə laqeyd qalmayasınız və ədalətsiz qərar çıxarmış hakimlər barədə müvafiq tədbirlər görülməsinə, bunun Məhkəmə-Hüquq Şurasının iclasında müakirə olunmasına , məhkəmə işinin növbəti instansiyada obyektiv araşdırılmasına göstəriş verəsiniz. Çünki nümayiş etdirilən yanaşma bizdə çox böyük narahatlıq doğurur. Biz hüquqi dövlətdə yaşayırıq və bütün bu deyilənlərə rəğmən dövlətçiliyimizi daima dəstəkləmiş,dövlətimizə həmişə arxa olmuşuq.
Bu səbəbdən inanırıq ki, ədalət zəfər çalacaq və haqq-ədalət,hüquq sonda öz yerini tapacaq!

Hörmətlə, ,”Şərq Bazarı”nda fəaliyyət göstərən 66 sahibkarın sahibkarın nümayəndəsi Yusif Məmmədov
Tel:070-355-30-91

xalqxeber.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ