SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » QHT sədri erməni şirkəti ilə bağlı prezidentə müraciət etdi - MƏTN

QHT sədri erməni şirkəti ilə bağlı prezidentə müraciət etdi - MƏTN

Tarix:

6-03-2017, 14:30

/ 1 671 dəfə oxundu.
QHT sədri erməni şirkəti ilə bağlı prezidentə müraciət etdi - MƏTN

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ermənilərə məxsus “Yandex” şirkətinin Azərbaycanda fəaliyyətə başlamaq niyyətinin qarşısının alınması üçün prezident İlham Əliyevə müraciət göndərib.

Həmin müraciəti olduğu kimi təqdim edir:

"Ermənilərin nəzarətində olan “Yandex” şirkətinin Azərbaycana müdaxilə etmək cəhdi ilə bağlı Sizə müraciət edirik. Mətbuatda gedən məlumatlara görə, bu şirkət Azərbaycanda “Yandex” xidmətlərini, xüsusilə də “Yandex. Taksi” xidmətini təşkil etmək istəyir. Məlumatda şirkətin Bakıda nümayəndəliyinin açılması üçün sənədləşdirmə işlərinin artıq başa çatdığı da bildirilir.
Bu şirkət Rusiyada qeydiyyatdan keçib, amma tam ermənilərin nəzarətindədir. Şirkətin təsisçisi və baş direktoru qatı erməni daşnakı Tiqran Xudaverdiyandır. O, İrəvanda anadan olub. O, işğalçı Ermənistan rejimi ilə sıx bağlıdır, həmişə Ermənistanı təbliğ edir, uydurma “Böyük Ermənistan” ideyasının tərəfdarlarındandır, vaxtaşırı Ermənistanda geniş xeyriyyə tədbiləri keçirir, o cümlədən, erməni uşaqları üçün pulsuz məktəblər açır, bu tipli digər tədbirləri həyata keçirir. “Yandex” şirkətinin əsas ofislərindən biri İrəvanda yerləşir.Erməni şovinisti Tiqran Xudaverdiyanın Azərbaycanda iş açması, burada şəbəkə yaratması yolverilməzdir. Onun burada qazanacağı pullardan antiazərbaycan təbliğatında istifadə edəcəyi heç kəsdə şübhə doğurmamalıdır. Digər tərəfdən, erməni şirkətinin burada açılması Azərbaycanın informasiya təhlükəsizliyinə ciddi təhdiddir. Görünür, ermənilər hansısa azərbaycanlı məmurları aldadaraq bu işə təhrik ediblər. Bu təhlükəli və bütün Azərbaycan xalqı, şəhidlərimizin ruhu üçün təhqiramiz prosesin qarşısını almaq yalnız Sizin imkanlarınız daxilindədir. Xahiş edirik ki, bu məsələyə müdaxilə edəsiniz, təcili tədbirlərin görülməsi üçün tapşırıqlarınızı verəsiniz. Öz növbəmizdə bildiririk ki, bu erməni şirkətinin Azərbaycanda fəaliyyətinə imkan verməmək üçün bütün vasitələrdən istifadə edəcəyik".

moderator

Şərhlər

XƏBƏR LENTİ