SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hakimlər məhkəməyə olan inamı belə öldürür... - İTTİHAM

Hakimlər məhkəməyə olan inamı belə öldürür... - İTTİHAM

Tarix:

6-10-2018, 14:23

/ 1 498 dəfə oxundu.
Hakimlər məhkəməyə olan inamı belə öldürür... - İTTİHAM

«Biləcəri Təmir Quraşdırma”nın rəhbərliyinin Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya, ardınca ədliyyə naziri Fikrət Məmmədova, Məhkəmə Hüquq Şurasına şikayətlərini yəqin xatırlayırsınız… Söhbət “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbərliyinin 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin hakimi Aidə Hüseynin Azərbaycanın məhkəmə tarixində analoqu olmayan hərəkətindən və bu hərəkətlərin məhsulu olan qanunsuz və əsassız qərarlarından gedir.
Adı çəkilən müəssisə rəhbərliyinin redaksiyaya təqdim etdiyi ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri şəxsən araşdırmış, özüm diqqətlə öyrənmişdim, tanınmış və inandığımız vəkillərin biri ilə məsləhətləşmişdik. Adını çəkmək istəmədiyim vəkil də hakimin özbaşınalığının və qanunlarımıza həqarətinin məhsulu olan qəradlarından Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya göndərilmiş şikayət məktubuna Bakı Apellyasiya Məhkəməsindən gələn cavab məktubunu oxuyandan sonra bu qərara gəldim ki: bu dəfə haqq öz yerini mütləq tapacar! Hətta bu inamı Bakı Apellyasiya məhkəməsində baxılacaq apellyasiya şikayəti barədə xəbəri paylaşanda əməkdaşımız inamla ifadə etmişdi. Amma jurnalist hardan bilərdi ki, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin adına olan inamı bir imansız hakim qərarı alt-üst edəcək.

Mehriban xanım Əliyevanın adından və hökmündən çəkinməyən xanım hakimin özbaşınalığı…

Nə isə, Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevanın aparatından Bakı Apellyasiya Məhkəməsinə göndərilən tapşırığa cavab məktubundan sitat: “Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyindən 10.08.2018-ci il tarixdə daxil olmuş şikayətiniz öyrənildi. Müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-214/-2018 saylı, 30.03.2018-ci il tarixli qərardadı ilə cavabdeh “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin tərəfindən 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 14.02.2018-ci il tarixli, 2-2(81)-449/-2018 saylı qərardadından verilmiş şikayət təmin edilmişdir. 1 saylı Bakı Inzibatı-İqtisadi Məhkəməsinin 14.02.2018-ci il tarixli, 2-2(81 )-449-/2018 saylı qərardad ləğv edilmişdir. İddiaçı “Cənnət Park' MTK tərəfindən verilmiş iddianı təmin etmə tədbirinin tətbiq barədə ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-214/-2018 saylı, 30.03.2018-ci il tarixli qərardadından kassasiya şikayəti verilmədiyindən mülki iş 04.05.2018-ci il tarixdə 1 sayiı Bakı Inzibatı-İqtisadi Məhkəməsinə qaytarılmışdır.
Şikayət ərizənizdə qeyd edirsiniz ki, 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 25.07.2018-ci il tarixli qərarından apellyasiya şikayəti vermisiniz.
Nəzərnizə çatdırırıq ki, 1 saylı Bakı İqtisadi Məhkəməsinin 25.07.2018-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətiniz Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq (Diqqət edin: «Araşdırılacaq!».RED.), ədalətli və qanuni qərar qəbul ediləcəkdir».
Və şəxsən özüm həmin məhkəmə prosesində iştirak edərək bir daha Bakı Apellyasiya Məhkəməsi hakimlərinin ədalət mühakiməsində tutduğu yolu gözümlə görmək istəyirdim. Axı bu məhkəmə instansiyasında daha çox ədalətliyin şahidi olmuşuq.
Bir də, mətbuatda hakim özbaşınalıqlarından, hakimlərin təmənnalı qərarlarından, özü-özünü təkzib edən qətnamələrindən o qədər yazılıb və yazılır ki… İkincisi, bu günlərdə Ədliyyə Nazirliyi rəsmən məlumat yaydı ki, indiyədək 100-ə yaxın hakimməhz dövlətin adından çıxardığı qanunsuz və əsassız qərarlarına görə hakimlikdən kənarlaşdırılıb.

Mən niyə hakim Kəmalə Abiyevanın qərarından utanıb yerə girmək istədim???

Beləcə, oktyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində yuxarıda qeyd olunan işə hakim Kəmalə Nəbi qızı Abiyevanın sədrliyi ilə baxıldı… Apellyasiya şikayətini vermiş “Biləcəri Təmir Quraşdırma” QTSC-nin vəkili çıxış etdi. Peşəkar vəkil həqiqətən də detalları ilə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin hakimi Aidə Hüseynin qanunlarımızı top kimi fırladıb bütün oyun qaydalarını pozaraq necə oyun oynadığını kollegiyanın diqqətinə çatdırdı.
Mən prosesi diqqətlə izlədim, cavabdeh tərəfin vəkilinin zəif, arqumentsiz və sübutsuz çıxışını da dinlədim, qeydlərimi apardım. Diqqətlə oxuyun: məlum oldu ki, “Biləcəri Təmir Quraşdırma” QTSC ilə 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Tresti arasında bağlanmış müqavilə şərtləri ikincinin tərəfindən pozulduğundan QTSC təhvil verdiyi dəmir boruların pulunu 16 saylı İİTT-dən ala bilmədiyindən, məhkəmədə iddia qaldırıb. 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəmənin (hakim Aidə Hüseyn) 10.02.2015-ci il tarixli qətnaməsinə əsasən 16 saylı İİTT-dən “Biləcəri Təmir Quraşdırma” QTSC-nin xeyrinə 6.468.936 manat pulun ödənilməsi qət edilir.
Təkrar edirəm, bu qərarı 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəmənin hakimi Aidə Hüseyn dövlətin adından, uca səslə, hakim vicdanının gücü ilə elan edir… 16 saylı İİTT rəhbərliyi bu qərardan şikayət verir, Bakı Apellyasiya Məhkəməsi, nəhayət, Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarı ilə birinci instansiya məhkəmənin, yəni hakim Aidə Hüseynin qərarı qüvvədə saxlanılır.
“Biləcəri Təmir Quraşdırma” QTSC-nin vəkili bunları Bakı Apellyasiya Məhkəməsinin işə baxan kollegiya sədrinin diqqətinə sənədlərlə çatdırır. Hakim Kəmalə Abiyeva mələk baxışları ilə sübutları təsdiqləyir, hərdən müdaxilə də edir və s.
…Mən hakimlər kollegiyasının (ikisi kişi idi) vəkilin çıxışını dəstəkləməsini zahirən görərək sevinirəm. Çünki ümid bəslədiyin, ədalətini görmək istədiyin ünvandan ədalətli addım görəndə niyə də sevinməyəsən. Axı bu ədalət Azərbaycanın məhkəmə sistemindəki pis rəyləri inkar edərək məhkəmə sistemimizə hörmət gətirməlidir!
***
Qayıdıram ilkin məhkəmə instansiyasının qərarına: hakim Aidə Hüseyn məlum qərarının mürəkkəbi qurumamış müqəddəs dini kitabımız Qurana, Konstitusiyamıza yaraşmayan addımlar atmağa başlayır. Qadından gələn belə hərəkətlərə görə necə də pis olmayasan?! O, hətta Ali Məhkəmənin qərarının belə icrasını pozmaq üçün 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəmənin (hakim Aidə Hüseyn) 10.02.201.5-ci il tarixli qətnaməsinə əsasən 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestindən “Biləcəri Təmir Quraşdırma” QTSC-nin xeyrinə 6.468.936 manat pulun ödənilməsi qət edildikdən sonra Binəqədi rayon İcra Şöbəsində başlanılmış icra tədbirlərinin gedişində borclu olan 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestinə satılmış 2100 ədəd boruya Aidə Hüseynin qərarı ilə həbs qoyulur. Həmin borular 2.081.820 manat dəyərində qiymətləndirilmişdir.

Cənnət adı altında cəhənnəmdən gələn soraqlar…

Günlərin birində “Cənnət Park” adlı MTK meydana çıxır ki, guya həmin borular onundur. Bu mülki fırıldağı düşünənlər anlamayıb ki, axı, adama sual verərlər (hansı ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva bunu cavabdehə verməli idi) yaxşı, bu boru sənindirsə, indiyədək niyə bir iddia qaldırmamısan, yaxud 3 məhkəmə instansiyasında 10-dan çox hakimin baxdığı bu işdən niyə xəbərin olmayıb???
Maraqlıdır ki, adama bu sualı verən olmayıb. Niyə? Bunun cavabı sonda veriləcək.
Və adı çəkilən MTK həmin o 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməndə iddia qaldırır. Həmin hakim Aidə Hüseyn də «Cənnət Park» MTK-nı 3-cü tərəf kimi işə cəlb edir. Bilə-bilə ki, bu məhkəmə oyunbazlığında ən azı adında cənnətin ismi olan bir qurum pis yol tutmamalıdır. Amma hakim bu oyuna gedir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.06.2017-ci il tarixli qərarı ilə birmənalı olaraq müəyyən edilir ki, həmin dəmir borular heç bir halda “Cənnət Park” MTK-ya aid deyildir, ola da bilməz və birmənalı olaraq “Biləcəri Təmir Quraşdırma” QTSC-nin mülkiyyətinə verilib. Amma hakim Aidə Hüseynin xeyir-duası ilə “Cənnət Park” MTK rəhbərliyi Ali Məhkəməsinin 30.06.2017-ci il tarixli həmin qərarından Konstitusiya Məhkəməsinə şikayət verir.
Görürsünüzmü, kimlər ona etibar edildiyi, dövlətin adından qərar çıxarmaq kimi mühüm bir vəzifə tapşırıldığı halda, nələrlə məşğuldur. Və Konstitusiya Məhkəməsi həmin saxta şikayətdən imtina edilir. Nə olsun, hakim Aidə Hüseyn sakitləşmir, kimlərəsə verdiyi sözü sonadək haqq-nahaq müdafiə yolu tutur. Saxta müqavilə tərtib edilir ki, guya qeyd olunan boruların «Cənnət Park»a məxsusluğunu həmin MTK-nın 16 saylı İİTT-lə bağladığı bu müqavilə təsdiq edir. Notarial təsdiqi olmayan bir müqavilənin saxta olmasının fərqində heç kim olmur. Ta bu qədərmi???
***
Hakim Aidə Hüseyn nəzərə almır ki, onun sonrakı əsassız qərarlarını ləğv edən Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarının 9-cu səhifəsində yazılıb: “...Müqavilənin özündə də qeyd edildiyi kimi, müqavilə bağlandığı andan deyil, “Cənnət Park” MTK tərəfindən 2.099.200 manat məbləğində pul vəsaiti nağd olaraq 16 saylı TİİT-yə verildikdən sonra qüvvəyə minməli idi. Hər iki tərəf hüquqi şəxs olduğundan aparılmış bütün əməliyyatlar, o cümlədən böyük məbləğdə pul vəsaitinin borc olaraq başqa müəssisəyə verilməsi ciddi hesabat sənədi hesab edilən kassa məxaric orderi vasitəsilə rəsmiləşdirilməli, bu hər iki müəssisənin mühasibatlıq sənədlərində, hesabatlarında öz əksini tapmalı, mədaxil və məxaric əməliyyatları aparılmalı idi. Qeyd edilən halları təsdiq edən sübutlar olmadığı halda, borc müqaviləsi borcun real olaraq verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, “Cənnət Park” MTK tərəfindən 16 saylı Tİİ Trestinə 2.099.200 manat məbləğində borcun real olaraq verilməsini təsdiq edən, yuxarıda qeyd olunan hallara dair lazımi sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu barədə “MKM-Mənzil Tikinti Kooperativi”nin hüquqi varisi olan “Cənnət Park” MTK-ya sübutlar təqdim edilməsi təklif edilsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir”.
Hakim Aida Hüseynə bu qərar nə dərəcədə sərf etmirsə, ondan yüz dəfə də çox Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abıyevaya sərf eləmir. O, məhkəmə iclasında saxta nəzərlərini məntiqsiz və sübutsuz, ironiya ilə danışan «Cənnət Park» MTK-nın vəkilinin çıxışından ayırıb sonra bütün bu məhkəmə karusellərinə son qoyacaq bir sual verməli idi… O suallar Ali Məhkəmənin yuxarıdakı qərarında bir-bir sadalanıb. Amma hakim bu suallardan yan keçir. Bu qədər mürəkkəb bir işi 10-15 dəqiqəlik proseslə nöqtələyir və… Və vaxtilə bir yerdə çalışdığı hakim Aidə Hüseynin qəlbini oxşayan, niyyətini tamamlayan qərarını elan edir.
Təkrar edirəm, hakim Kəmalə Abıyva cavabdehə sual verməli idi ki, qardaşım, hər şeyi qoyuruq kənara, bu boruların sənə məxsus olduğunu bildirən maddi sübutunu təqdim elə!!! Müqavilə saxta, iddia qondarma, istək adında cənnət ifadəsi olan MTK-nın adına yaraşmayan obrazda!
***
Sözümüz tərəf olmadan Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevədir: İman müəllim, hakiminiz ən azı Azərbaycanın birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın aparatından Sizə göndərilmiş məlum məktub-tapşırığa hörmət qoymalı idi… Sonra Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarını ayağının altına atmamalı idi.
Nəhayət, hakim dövlətimizin adına hörmət qoyub onun adından çıxarılan qərarın saxta olmamasına səy göstərməli, qət etməli idi.
Şəxsən mən bir jurnalist kimi hakim Kəmalə Abiyevanın həmin məhkəmə prosesindəki sualsızlığına, məhkəmə araşdırması aparmadan tələm-tələsik çıxardığı əsassız, saxta, təmənnalı… qərarına görə utandım!
Utandım həm də məhkəmə sistemimizə olan və həmin məhkəmə zalında itirilən ümidlərimə…
Asif Mərzili \\tezadlar.az\\

Şərhlər

XƏBƏR LENTİ