SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu ailənin sizin köməyinizə ehtiyacı var- TƏCİLİ

Bu ailənin sizin köməyinizə ehtiyacı var- TƏCİLİ

Tarix:

3-03-2017, 16:32

/ 1 506 dəfə oxundu.
Bu ailənin sizin köməyinizə ehtiyacı var- TƏCİLİ

Redaksiyamıza Cəfərova Sevda xanım adlı şəxs zəng edərək oğlu Cəfərov Orxan Orucəli oğlu ağır xəstəliyə düçar olduğunu bildirib. 1988-ci il təvəllüdlü olan oğulunun ağır xəstəliyi ilə əlaqədar təcili əməliyyata ehtiyacı var. Bütün imkanlı şəxslərdən xahiş edərək övladının müalicəsi üçün köməklik istəyir.
Müraciətini olduğu kimi təqdim edirik.

"İmkanlı ailələrə, iş adamlarına üz tutaraq xahiş edirəm ki, mənə imkan daxilində maddi yardım göstərəsiniz.. Hal- hazirda Orxanın vəziyyəti çox kafidir. Xəstəxana şəraitində müalicə alsa da, ancaq vəziyyəti çox pisdir. Əməliyyat üçün böyük məbləğ pul lazımdır. Buna imkanımız çatmır. Müraciət etmədiyimiz yer qalmiyib. Hətta qaraciyər implantasiya üçün donor da var. Amma maddi imkanimiz bu əməliyyatı etməyə yetmir”.

Əziz oxucular, xeyirxah insanlar. Sizə üz tutub bu gənc övladımıza yardım etmənizi xahiş edirik.Cəfərov Orxan Orucəli oğlu Sabunçu rayon Bakıxanov qəsəbəsində Fətəliyev küçəsi ev 72, mənzil 40 ünvanında yaşayır. Hal-hazırda qaraciyər serrozundan əziyyət çəkir. Getdikcə vəziyyəti pisləşir . Ailə vəziyyəti çətindir. Amma bu xəstəliyin şiddəti getdikcə şiddətlənir. Orxan yaşamaq ümidiylə hər gün ulu Yaradana dua edir və imkanlı şəxslərdən onun müalicəsi üçün yardım etmələrini xahiş edir. Hər birimizdə yaşama həvəsi var. Orxan da yaşamağı üçün mücadilə edir. Xəstəliyinin şiddətləri ilə təkbaşına vuruşur. Amma hal-hazırda müqaviməti tükənir. Azərbaycanın mərd , cəsarətli, xeyirxah şəxsləri əl tutmağı , yardım etməyinizi əsirgəmiyin.

Bu ailənin sizin köməyinizə ehtiyacı var- TƏCİLİ
Bu ailənin sizin köməyinizə ehtiyacı var- TƏCİLİ
Bu ailənin sizin köməyinizə ehtiyacı var- TƏCİLİ

Şərhlər

XƏBƏR LENTİ