SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ziya Məmmədovun ən yaxın adamı yeni nazirin hədəfində: Elnur Abdullayev üçün sonun başlanğıcı

Ziya Məmmədovun ən yaxın adamı yeni nazirin hədəfində: Elnur Abdullayev üçün sonun başlanğıcı

Tarix:

3-03-2017, 14:52

/ 5 187 dəfə oxundu.
Ziya Məmmədovun ən yaxın adamı yeni nazirin hədəfində: Elnur Abdullayev üçün sonun başlanğıcı

Xəbər verdiyimiz kimi, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra qurumun fəaliyyəti yoxlanılır. Belə yoxlamalardan biri də keçmiş Nəqliyyat Nazirliyinə tabe Dövlət Avtomobil Nəqliyyatı Xidmətində və Bakı Beynəlxalq Avtovağzalında da aparılıb.

Bu günlərdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə keçmiş Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində olub. Nazir xidmətin fəaliyyət istiqamətləri ilə bağlı detallı hesabat tələb edib. Hətta artıq xidmətin bütün qurumlarında öz adamlarını da yerləşdirib.

Əldə etdiyimiz məlumata görə dünən R.Quluzadə Bakı Beynəlxalq Avtovağzalında da olub. Yeni nazir avtovağzalın bütün ərazisini gəzib. Avtobuslar, sərnişindaşıma və xidmət sahələri ilə bağlı nöqsanları görən nazir çatışmazlıqları tənqid edib. Bildirilir ki, R.Quluzadə cavabdeh şəxslər qarşısında şərt qoyub: ya sərnişindaşımada keyfiyyətli xidmət, səliqə-səhman yaradılmalıdır, ya da işinin öhtəsindən gələ bilməyənlər vəzifələri ilə vidalaşmalıdır. Məlumata görə, bu tipli yoxlamalar keçmiş Nəqliyyat Nazirliyinə tabe diğər qurumlarda da aparılacaq.

Məsələylə bağlı daha bir məlumat daxil olub. Belə ki, bir müddət öncə Bakı Nəqliyyat Agentliyinin yeni nazirdən xəbərsiz mətbuata məlumat sızdırması xoş qarşılanmayıb və nazir Ramil Quluzadə buna görə agentlik əməkdaşlarına kəskin iradını bildirib və onlara son dəfə xəbərdarlıq edib.

Belə ki, eks nazir Ziya Məmmədova yaxın olan saytlarda bir neçə gün öncə yazılmışdı: Ramin Quluzadə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayevi də vəzifəsində saxlayıb. Artıq fevral ayının 20-də (hələ də açıqlanmayıb red.) keçmiş Nəqliyyat Nazirliyinin strukturlarının fəaliyyəti ilə bağlı ictimayyətə geniş məlumat veriləcək. Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) bildirilib ki, təmsil etdiyi qurum bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) kimi fəaliyyət göstərəcək. Qurum rəsmisi Xidmətin rəisi Elnur Abdullayevin vəzifəsində qaldığını və hər hansı bir dəyişiklik edilmədiyini də söyləyib. Bildirib ki, gələn həftənin ilk iş günü bu barədə ictimayyətə geniş məlumat veriləcək.

Bu açıqlama yeni naziri qəzəbləndirib və o Ziya Məmmədovun ən yaxın adamlarından hesab olunan Elnur Abdullayevə son dəfə xəbərdarlıq edib və bildirib ki, mediaya nazirlikdən xəbərsiz məlumat sızdırılmasın. Ən maraqlı məqam isə ondan ibarətdir ki, bu açıqlamada 2 həftədən çox müddət keçsə də, hələ də qurumun fəaliyyəti ilə bağlı ictimaiyyətə məlumat verilməyib.

Daha bir iddiaya görə isə yaxın günlərdə Elnur Abdullayev də vəzifədən uzaqlaşacaq və agentlik eks-nazirin yaxınlarından tamamilə təmizlənəcək.

AZXEBER.COM

Şərhlər

XƏBƏR LENTİ