SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Saleh Məmmədovla Əvəz Qocayevin “gizli kassir” ssenarisi – mülklər, maxinasiyalar...

Saleh Məmmədovla Əvəz Qocayevin “gizli kassir” ssenarisi – mülklər, maxinasiyalar...

Tarix:

19-09-2018, 11:06

/ 1 832 dəfə oxundu.
Saleh Məmmədovla Əvəz Qocayevin “gizli kassir” ssenarisi – mülklər, maxinasiyalar...

Belə xəbərlər dolaşır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovla müavini Əvəz Qocayev yola getmirlər

Cahan.info xəbər verir ki, S.Məmmədov Ə.Qocayevi sabiq nəqliyyat naziri Ziya Məmmədovun kadrı olduğuna görə uzaqlaşdırmaq istəyir.

Qocayev az qala hər yerdə “Mənim sədr müavini vəzifəsinə gətirilməyində Ziya Məmmədovun xidməti olub” deyir. Bu məlumat cumhuriyyet.az saytındakı məqalədə keçir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəriArif Əsgərovun da adının hallandığı, 50-yə yaxın sahibkar zərər çəkdiyi 48 milyon manatlıq mənimsəmədə Əvəz Qocayevinadı keçir.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunan adıçəkilən QSC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovun Əvəz Qocayevin kürəkəni olduğu bildirilir.

Bu neqativ məqamlara baxmayaraq, agentlik sədri müavini postundan kənarlaşdırmayıb. İddialara görə, onların əlaqələrinin gərgin olması haqda dezinformasiyalar ötürülür.

Məqsəd əsas mahiyyəti çaşdırmaqdır. Çünki realda Saleh Məmmədovun adından bütün qara işləri onun əsas pul kisəsi kimi tanınan 1-ci müavini Əvəz Qocayev həyata keçirir.Bunu dia.az yazıb. Sayt bildirir ki, qurum ayrı-ayrı məmurlara, oliqarxlara asfalt satmaqla məşğuldur.
Xeberal.az yazıb ki, Qocayevin mülklərinin siyahısı çox uzundur: Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil, “Oba” MTK-da sahəsi 120 kv.m olan “NN” Gözəllik salonu, həmin salonun içinə 70000 manat dəyərində avadanlıq, “Oba” MTK-da sahəsi 180 kv.m olan 4 otaqlı mənzil,Varovski qəsəbəsində 6 sot torpağın icində 3 mərtəbə villa, “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil, “Real” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil, “Yeni Həyat” MTK Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil, Novxanıda bağ evi, (evin əşyaları 250000 manat), Novxanıda bağ evi, (evin əşyaları 400000 manat)dəyərində, “Real” MTK-də 380 kv.m olan ofis,( ofisin içinə alınmış avadanlıq 60000 manat), «S klass -20R Mersedes» markalı, 10-RX-050 dövlət qeydiyyat nişanlı avtomaşın və «Karavella Volsvagen» markalı, 90-NN-400 dövlət qeydiyyat nişanlı avtomaşın…

Cahan.info xəbər verir ki, o, kürəkəninin azadlığa çıxa bilməsi üçün bəzi nüfuzlu şəxslərə minnətçi düşüb.

O dövrdə Əvəz Qocayev “Azəryolservis”in “ən strateji” departamentinin rəhbəri olmaqla yanaşı Cavid Qurbanovun seçki qərargahına da rəhbərlik edib.

Ə.Qocayevi yaxından tanıyan mənbənin sözlərinə görə əslən Tovuz rayonundan olan məmur bu bölgədə oliqarx kimi ad çıxarıb. Onun doğma Əyyublu kəndindəki tikinti materialları satış dükanı bölgənin əsas obyektlərindəndir.

Bu dükanın əsas material təhcizatı isə elə o vaxt “Azəravtoyol” ASC hesabına təmin edilir. Belə ki, dövlət büdcəsi ilə alınıb istifadə olunmalı materiallar bu dükanda açıq satışa çıxarılır.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin rəisi Vasif Məmmədovun da bu işdə xidmətləri müstəsnadır.

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Şəmkir, Tovuz, Gədəbəy ərazisindən keçən hissəsinə xidmət göstərən 8 saylı Yol Yaşıllaşdırma İdarəsi məhz Ə.Qocayevin patronajlığı hesabına şəxsi mülkiyyətə çevrilib.

Xatırladaq ki, bir müddət əvvəl Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Maliyyə Nazirliyi ilə “Azərbaycan Avtomobil Yolları” Agentliyini ittiham edib

İqtidaryönlü hüquq müdafiəçisi dilə gələrək hər iki qurumu yıxıb-sürüyüb. Bu barədə feysbukda yazan S.Məmmədov mənimsəmədən bəhs edib.

Onun sözlərinə görə, hazırkı agentlik, (keçmiş “Azəravtoyol”) bir üsul tapıb büdcə pullarını birbaşa mənimsəsə daha yaxşıdır.

S.Məmmədovun regionlardakı yol istismar idarələri rəisləri də asfaltdan pul silməklə varlanıblar, biznesmenə çevriliblər.

Media üzərindən araşdırması zamanı bir sıra nüanslar meydana çıxıb ki, hər birində S.Məmmədovun adı hallanır.

Həmin faktları qeyd etməzdən əvvəl deməliyik ki, ASC sədri Dəmir Yolları QSC sədri Cavid Qurbanovun kadrıdır. Saleh Məmmədovun əsas pul kisəsi 1-ci müavini Əvəz Qocayevdir.

Şərhlər

XƏBƏR LENTİ