SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Mən də hərbçiyəm, qardaşımın qisasını alacağam”

“Mən də hərbçiyəm, qardaşımın qisasını alacağam”

Tarix:

28-02-2017, 20:34

/ 2 500 dəfə oxundu.
“Mən də hərbçiyəm, qardaşımın qisasını alacağam”

Şəhidimiz torpağa tapşırıldı

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızdan biri də Nəzərov Şahlar Yaşar oğlu bu gün səhər saatlarında Yardımlı rayonunda dəfn olunub.

Şəhidlə vida mərasimində Müdafiə Nazirliyinin, şəhidin xidmət etdiyi hərbi hissənin, hüquq-mühafizə orqanlarının, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib. Çıxışlarda şəhidin döyüş zamanı göstərdiyi qəhrəmanlıqdan bəhs edildi. Daha sonra şəhid Nəzərov Şahlar Azərbaycan Respublikasının himni və yaylım atəşi altında torpağa tapşırıldı. Şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim olundu.

Yaşar Nəzərov (şəhidin atası) : "Bütün şəhidlərə Allah rəhmət eləsin. Valideynlərinə səbr diləyirəm. Vətən sağ olsun".

Fərhad Nəzərov (qardaşı) : "Mən özüm də hərbçiyəm. Qisasın alacağıq. Qardaşımın yolunu davam edirəm. İnşallah ona layiqli qardaş olaram".

Şərhlər

XƏBƏR LENTİ