SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İmanov qardaşlarına aldanan vətəndaş elə mətləbləri ortaya çıxardı ki-“Yeni Bakı” Yaşayış Kompleksindən şikayət

İmanov qardaşlarına aldanan vətəndaş elə mətləbləri ortaya çıxardı ki-“Yeni Bakı” Yaşayış Kompleksindən şikayət

Tarix:

28-02-2017, 14:22

/ 2 098 dəfə oxundu.
İmanov qardaşlarına aldanan vətəndaş elə mətləbləri ortaya çıxardı ki-“Yeni Bakı” Yaşayış Kompleksindən şikayət

“Yeni Bakı” Yaşayış Kompleksinin reklamına inanıb, həmin kompleksdən ev alan vətəndaş məhkəməyə üz tutacaq

Cəmiyyətdə belə bir fikir formalaşıb: “Hansı məhsulun keyfiyyəti yoxdursa, o məhsul reklam edilir, yaxşı məhsulun reklama ehtiyacı olmaz”. Habelə, ölkəmizdə çox az adam tapılar ki, reklama inanıb aldanmasın.

Məşhur yaşayış kompleksi ətrafında böyük qalmaqal Əmralı Əliyev də belə vətəndaşlardandır. Müraciət edən “Yeni Bakı” Yaşayış Kompleksinin sakini Əmralı Əliyev başına gələnləri belə anladır: “Telekanallarda Tahir və Cabir İmanov qardaşıları “Yeni Bakı” Yaşayış Kompleksini reklam edirdi. Əli ilə qazı açıb binlara qaz verildiyini, mənzillərin “kupçalı” olduğunu və binaların keyfiyyətli tikildiyini reklam edən Eliş və Roşkaya inandım. Mən də həmin yaşayış kompleksində 2013-2014-cü illərdə iki mənzil aldım. Amma aldığıma peşman oldum”.

Vətəndaşın dediyinə görə, neçə ildir mənzillərə qaz verilmir: “Kupça”nın adını çəkməyə dəyməz, üstəlik mənzillərimiz keyfiyyətsiz tikilib. Mənzillərdə çatlar müşahidə edilir. Bu bir kənara, otaqlar arasında divarlar o qədər nazik tikilib ki, qonşunun səsi evimizin içində eşidilir. Bir müddət əvvəl qaynanam və qaynatam evimizə qonaq gəlmişdi. Qonşuda baş verənlərin səsi evimizə gəlirdi. Utandığımdan yoldaşıma dedim ki, keç mətbəxdə nəsə səs-küy elə ki, anangil o səsi eşitməsin, ayıbdır”. “Yəni biz bu vəziyyətdə yaşayırıq. Mən o qardaşların reklamına inanıb ev almışam. Təsəvvür edin, 52 binadan cəmi 2-3-də qaz var. Reklamda deyilən bağça da yoxdur” — şikayətçi bildirir.
Ə. Əliyev yaxın günlərdə reklam şirkətini məhkəməyə verməyi düşünür. Deyir ki, bundan əvvəl yaxın ərazidə olan başqa MTK-nın tikdiyi binada yaşayırmış. Sonradan telekanallarda dönə-dönə “Yeni Bakı” Yaşayış Kompleksinin reklamını görərək, həmin kompleksdən ev alıb. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bildirib ki, çox zaman reklamlar insanların inamından istifadə edib, onların hüquqlarını pozur: “Qanunlarda boşluq olduğu üçün çox zaman reklamçılar məsuliyyət daşımır. Pulunu alıb, reklamını çəkir.

Buna görə də istehlakçı reklama aldanırsa, reklam vasityəsilə əldə etdiyi məhsulu, binanı, şirkəti və s. məhkəməyə verməlidir. Bu, hal-hazırda istehlakçıların hüquqlarının pozulduğu sahədir”. Hüseynov hesab edir ki, “Reklam haqqında” qanuna dəyişikliklər edilməli və bu sahə xüsusi nəzarətə alınmalıdır.

Hüquqşünas Fərid Həmidli isə bildirib ki, “Reklam haqqında” qanunun 4-cü maddəsində bu məsələyə toxunulub: “Qanunun 4-cü Maddəsinin 2-ci bəndində qeyd olunur ki, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. Həmin qanunun 6-cı maddəsində bildirilir ki, haqsız reklama yol vermək olmaz”. Hüquqşünas qeyd edir ki, qanunda haqsız, qeyri-dəqiq reklamlar 39-cu maddə ilə tənzimlənir: “Belə ki, haqsız, qeyri-dəqiq və gizli reklama yol verən reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır”.

sputnik.az

Şərhlər

XƏBƏR LENTİ