SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Tofiq Zülfüqarov Elmar Məmmədyarovu “vurdu”

Tofiq Zülfüqarov Elmar Məmmədyarovu “vurdu”

Tarix:

28-02-2017, 11:27

/ 1 982 dəfə oxundu.
Tofiq Zülfüqarov Elmar Məmmədyarovu “vurdu”

“Mən başa düşmürəm ki, Azərbaycan tərəfindən Qarabağ problemi üzrə danışıqlar niyə Azərbaycanın Xarici İşlər Nazirliyində cəmləşib. Axı, “Dağlıq Qarabağ” dövlət deyil?! Nə müstəqil dövlətdir, nə də xarici dövlətdir! Belə olan halda Azərbayanın Xarici İşlər Nazirliyi – Konstitusiyaya əsasən ölkənin xarici siyasətini həyata keçirməli olan bir qurum niyə təkbaşına bu münaqişənin nizama salınması ilə məşgul olur?”
Bunu tanınmış diplomat, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov öz “Facebook” statusunda yazıb.
” Necə düşünürsünüz, Azərbaycanda vitse-prezident institutunun təsis edilməsi ilə bu, zənnimcə, səhv hesab edilməli olan təcrübə dəyişdiriləcəkmi? Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ regionunun Azərbaycana qaytarılması məsələsində hərbi, xarici və iqtisadi siyasəti əlaqələndirə biləcək qurum, sicə, necə olmalıdır?
Sizcə, necə bir qurum (hansı bir qurum) Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ regionunun Azərbaycana qaytarılması məsələsində hərbi, xarici və iqtisadi siyasəti əlaqələndirə bilər?”- deyən sabiq nazir eyni zamanda, martın 24-də Minsk Konfransı Mandatının (nəticələrin rezümesinin) qəbul edilməsinin 25 ilinin tamam olduğunu xatırladıb:
“Bir sözlə, yubileydir…”

Şərhlər

XƏBƏR LENTİ