SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sumqayıt məhkəməsinin hakimindən şikayət VAR

Sumqayıt məhkəməsinin hakimindən şikayət VAR

Tarix:

28-02-2017, 11:10

/ 1 917 dəfə oxundu.
Sumqayıt məhkəməsinin hakimindən şikayət VAR

...2016-cı il iyulun 25-də Sumqayıt Şəhər Məhkəməsinin hakimi Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi ilə Rəşid Babayev və digərlərının iddiası ilə məhkəmə iclası keçirilib və hakim qeyri-qanuni, qüvvədən düşmüş sənədlər əsasında absurd qətnamə çıxarıb ki, bu da haqlı olaraq “Şərq bazarı”nda fəaliyyət göstərən 66 sahibkarın ciddi narazılığına səbəb olub.

Qeyd edək ki, iddiaçılar- “Şərq bazarı”nın keçmiş, “RŞHT” Şirkəti Ticarət Mərkəzinin təsisçisi Rəşid Babayev, digər təsisçi Afət Həsənovanın nümayəndəsi öz iddialarında göstərirlər ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında guya iddiaçıların mülkiyyətində olan torpaq sahəsində tikilmiş 7 metr hündürlüyündə dəmir-beton dirəklərdən ibarət, 3 tərəfdən bazarı əhatəyə alan karkasın cavabdehlər tərəfindən sökülməsi və həmin yarımçıq tikililərin inşa olunması nəticəsində guya şirkətə vurulmuş 140.000 min manat cavabdehlərdən tutulmalıdır. Bu iddia nə qədər absurd və qanunlara zidd olsa da hakim bu iddianı təmin edib.
Sahibkarların nümayəndəsi Yusif Məmmədovun bildirdiyinə görə bu qərarı ona görə qanunazidd adlandırmaq olar ki, adıçəkilən dirəklər iddiaçıların ərazisində yerləşmir:
- Çünki 2013-ci ildə Rəşid Babayevin və digər təsisçinin mülkiyyətində olan 1 hektar 8 sot torpaq sahəsinə aid olan çıxarış Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun müvafiq sərəncamı ilə etibarsız hesab olunub və adıçəkilən mülkiyyətçilərin mülkiyyət hüquqlarının qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində ləğv olunub. Belə olan halda hakim Ceyhun Məmmədov hansı əsasla bazarkomun iddiasını təmin edib, çox təəcüblüdür...
***
Təbii ki, sahibkarlar qərardan apellyasiya şikayəti veriblər və martın 1-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Telman Quliyevin sədrliyi ilə növbəti məhkəmə iclası keçiriləcək. Ilkin iclas isə bir müddət əvvəl keçirilib və hakim tərəfindən Ədliyyə Nazirliyinin ekpertinə tapşırılıb ki, məhkəmə predmeti olan həmin dirəklərin hansı tərəfin ərazində olmasını müəyyən etsin.
Ümumiyyətlə, son zamanlar ədalətsiz qərarlar çıxarmış, hakimlik səlahiyyətini aşan bir çox hakimlər vəzifəsindən kənarlaşdırılıb. Təkcə keçən il vətəndaşların narazılığına səbəb olan pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 hakimin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib. Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə fevralda keçirilən Məhkəmə-Hüquq Şurasının iclasında qeyd edilib. Şurada, həmçinin qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə bir şox hakimlər cəzalanıb, vəzifələri aşağı salınıb, bir çoxlarına töhmət verilib, irad tutulub.
Ceyhun Məmmədovun da qərarı elə cəzalanmış hakimlərin çıxardıqları qərarlar qəbildəndir.
Qədim yunan mifologiyasında ədalət ilahəsi olan Femida, sonralar ədalət mühakiməsinin mücəssəməsi oldu. Femida gözübağlı və əlində bərabər səviyyədə tərəzi tutmuş vəziyyətdə təsvir olunurdu. Onun gözübağlı olması qərəzsiz olması, hamıya eyni gözlə baxması anlamında başa düşülür. Ancaq təəssüf ki, bir çox hakimlər bunun tərsinə olaraq gözlərini açıb, hansısa maraqlar naminə həqiqəti görmək istəmirlər və tərəzinin bir gözünü əyirlər. Sual olunur ki, keçən ilin iyun ayından sahibkarların dükanlarının qabağı abadlaşma adı ilə Rəşid Babayev tərəfindən qanunsuz olaraq hasarlanıb ki, bu da sahibkarlara böyük ziyandır. Bəs hörmətli hakim niyə bunu görmək istəmir və nəzərə almır?! Konkret olaraq göz qabağında neçə metr hündürlüyündə sədd çəkilib. Necə olur ki, bütün dükanlar boyu dəmir hasar görünmür, amma dirəklər tez görünür?! Sahibkarların nümayəndəsi Yusif Məmmədovun dediyinə görə dükanların qabağı demək olar ki, hər tərəfdən hasarlandığından bura alıcı az gəlir və ticarət çox zəifləyib. Hal-hazırki iqtisadi böhran şəraitində ölkə prezidenti işsizliyin aradan qaldırılması üçün böyük səylər göstərir və məmurlara dəfələrlə xəbərdarlıq edib ki, sahibkarların fəaliyyətinə mane olmasınlar, vətəndaşlara xidmət etsinər, əksinə, onların qayğıarı ilə maraqlansınlar.Və sahibkarlar da ölkə başçısının sahibkarlara qayğısını yüksək qiymətləndirir və prezidenti dəstəkləyirlər. Nəzərə alsaq ki, hər dükanda 4-5 nəfər işləyir və onların hər biri 3-4 nəfərdən ibarət ailəni dolandırır, o zaman 66 dükanın sökülməsi yüzlərlə adamın işsiz, 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir. Bundan başqa, nəzərə almaq lazımdır ki, çoxsaylı qanun pozuntuları ilə işləyən Rəşid Babayevdən fəqli olaraq 66 dükan sahibi illərdir nümunəvi vergi ödəyiciləridirlər.
Ancaq qısa olaraq məlumat verək ki, məsələnin tarixçəsi, kökü belədir: 1988-ci il aprelin 12-də o zamankı Sumqayıt şəhər icraiyyə komitəsinin müvafiq qərarı əsasında 9-cu mikrorayonda ticarət mərkəzinin tikilməsi məqsədi ilə ilə 1 hektar torpaq sahəsi ayrılmış və həmin topraq sahəsinin üzərində “Şərq bazarı”nşa edilmişdir. “Şərq bazarı”nın “A” “B” koprusları əmək kollektivinin üzvləri tərəfindən alqı-satqı ilə satılmış və mülkiyyət hüququ Rəşid Babayeva və Afət Həsənova keçmişdir. “Şərq bazarı”nın bazası əsasında 1997-ci ilin 27 yanvarında “RŞHT” şirkəti yaradılıb və bazar bu adla fəaliyyət göstərib. 1994-cü ildə mərhum prezident Heydər Əliyevin sahibkarlığın inkişafı üçün imzaladığı sərəncama əsaslanaraq “Şərq bazarı” ərazisində ticarət üçün ərazidə yer ayrıldı və həmin Ticarət binasının yanında indi məşhur olan arkalı 66 dükan tikildi. Hansı ki, o dükanların Rəşid Babayevin ərazisinə və mülkiyyətinə heç bir aidiyyəti yox idi (bu torpaq sahəsinin dövlət tərəfindən təsdiq olunmuş plan-eskizinın şəklindən də aydın görünür) və sahibkarların öz şəxsi vəsaitləri hesabına tikilib. Problemin yaranması isə 2010-cu ildən, R.Babayevin keçmiş “Şərq bazarı”nın yerləşdiyi torpaq sahəsinin Dövlət Əmlak Komitəsindən alınaraq özəlləşdirilməsindən sonra başlayıb.
İş orasındadır ki, dükanların arxasında da R.Babayevin ərazisi var və o qanunsuz yolla 66 dükanın yerləşdiyi ərazisini də gizlincə, sahibkarlardan xəbərsiz özəlləşdirməyə nail olmuş və sənəddə sahibkarlara məxsus ərazini öz ərazisinə qatmışdır. Halbuki sahibkarlar dükanlarını ondan qat-qat əvvəl özəlləşdirmişdilər.
Sahibkarlar bu qanunsuzluqdan xəbər tutduqdan sonra Əmlak Komitəsini də, Rəşid Babyevi də məhkəməyə verib və Sumqayıt İnzibati -İqtisadi Məhkəməsi 2011-ci ilin avqustunda onların xeyrinə qərar çıxarıb, 44 mağazanın sahibinə məxsus topaq sahəsi R.Babayevin və digərinin mülkiyyətindən çıxarılmışdır. İş ilə bağlı keçirilən bütün məhkəmə instansiyaları, Apellyasiya Məhkəməsi də, Ali Məhkəmə də sahibkarların xeyrinə qərar çıxarıblar. Məhkəmənin qərarı ilə Əmlak Komitəsi R.Babayevin və şərikinin mülkiyyətində olan 1 hektar 8 sotdan ibarət olan topaq sahəsinin çıxarışı ləğv edilmiş və həmin ərazinin 25 sotu sahibkarların mülkiyyətinə verilmişdir, yəni haqq-ədalət bərqərar olmuşdur. Bundan sonra bazarkom Əmlak Komitəsini də 2012-ci ildə məhkəməyə vermişdir, lakin bu məhkəmə də onun iddiasını təmin etməmişdir. 2013-cü ildə isə Əmlak Məsələləri Dövlət Komitəsindən ona rəsmi məktub göndərilib. Məktubda onun sənədləri, mülkiyyətinə olan çıxarışları ləğv olunduğundan, onun ərazisi 25 sot azaldığından yenidən komitəyə ərizə ilə müraciət etməsi xahiş olunur. Amma çox qəribə də olsa R.Babayev indiyəcən Əmlak Komitəsinin Sumqayıt Ərazi İdarəsinə müraciət etməyib və qalan torpaq üzərində olan mülkiyyət hüququnu qeydiyyatdan keçirib təsdiq etdirməyib, sənədlərini təzələməyib. Bu ümumiyyətlə, R.Babayevin qanunlara olan münasibətidir. Bütün bundan bir qənatə gəlmək olur ki, o Azərbaycan qanunlarını qəbul etmək istəmir.

“Təzadlar”

Şərhlər

XƏBƏR LENTİ