XalqXəbər.Az

GDU müəllimləri ilə bağlı yeni iddia - Nədən tədbir görülmür?

yüklənir...
GDU müəllimləri ilə bağlı yeni iddia - Nədən tədbir görülmür?
28-02-2017, 10:39
yüklənir...

Ötən yazılarımızın birində Gəncə Dövlət Universitetinin bir neçə müəlliminin plagiatlığından bəhs etmişdik. Belə ki, yazıda həmin müəllimlərin ADPU-nin dosenti Baloğlan Quliyevin müəllifi olduğu "Fiziki tərbiyənin nəzəri metodik və praktik işlərinin əsası" dərs vəsaitinin üzünü köçürdükləri və öz adlarına çıxdıqlarından bəhs olunurdu. Bununla əlaqədar Təhsil Nazirliyinə, Azərbaycan Attestasiya Komissiyasına, o cümlədən GDU-ya rəsmi müraciət olundu. Aldığımız şifahi məlumata görə, həmin plagiat dərs vəsaiti ləğv olunaraq, satışdan çıxarılıb. Plagiatlıq edən GDU müəllimləri İlqar Haqverdiyev və İlham Ağayevin dosent əvəzi elmi adları da ləğv edilib. Bəs əslində bu dərs vəsaitləri satışdan necə çıxarılıb. Qeyd edək ki, həmin kitab GDU-nun pedaqoji fakultəsinin tələbələrinə 10 manatdan satılırdı. Artıq həmin dərs vəsaiti GDU-da satılmır. Məsələnin daha bir ilginc tərəfi isə odur ki, həmin dərs vəsaiti pedaqoji fakultədənin tədris-metodik şurasından keçirilmədən birbaşa fakultə elmi şurasından keçirilərək, təsdiqlənib. Digər tərəfdən isə işin əsas müəmmalı tərəfi kitabın elmi əsər, dərs vəsaiti kimi ortaya çıxmasının əsas səbəbkarının pedaqoji fakultənin "ömürlük" dekanı Bayram Apoyev olmasıdır. Nədənsə universitetdə yenicə fəaliyyətə başlayan "Plagiat komissiyası"nın sədri Teymur İsmayılov həm fakultə dekanı, həm də fakultə elmi şurasının sədri vəzifəsini daşıyan B.Apoyevi "sudan quru çıxarmaq" qərarına gəlib. "Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydaları" haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 401 nömrəli əmrinə 2 saylı əlavəyə əsasən, seçki təlimatından kənar seçilən dekan yenə də plagiat məsələsindən kənarda qala bilib. Daha dəqiq desək, GDU-ya müraciət edərək öyrəndik ki, Təhsil Nazirliyinin göstərişi ilə universitetdə "Plagiat komissiyası", onun ekspert qrupu yaradılıb, universitetin həm elmi, həm də məsul katibi Teymur İsmayılov isə həmin komissiyya sədr təyin olunub. GDUnun mətbuat katibi işdən öz ərizəsi ilə azad olunduğundan bu məsələ ilə bağlı öncə rektoratlığa, daha sonra isə "Plagiat komissiyası"nın sədri təyin olunan Teymur İsmayılova müraciət etdik. Onun dediyinə görə, Təhsil Nazirliyinin əmrinə əsasən, həmin dərs vəsaiti ləğv olunub. T.İsmayılov nazir Mikayıl Cabbarovun plagiatla bağlı əmrinin sonunda "plagiat edən şəxslərin işlərinə xitam verilsin" tapşırığının isə universitetin elmi şurasında müzakirə olunacağını bildirdi. Nazirlikdən əmrlər verildikdə onların müzakirə predmetinə çevrilmədən yerinə yetirilməsindən məlumatı olmayan GDU-nun bir neçə vəzifəsini birdən daşıdığı halda, üstəlik plagiat komissiyasının sədri olan T.İsmayılovun Təhsil nazirinin əmrini müzakirəyə çıxarmasına rəhbərlik niyə göz yumur? Yeri gəlmişkən həmin kitab nəşr olunub ortaya çıxarıldığı zaman universitetdə fəaliyyət göstərən daha bir elmi mərkəz, ekspert komissiyasının mövcudlu ğundanda məlumat aldıq. Hələlik bununla bağlı hər hansı açıqlama verən yoxdur. Sadəcə həmin komisiynın üzvlərindən ikisinin Vaqif Novruzov və Şahin Tağıyev olduğunu öyrənə bildik.
P.S. Plagiat komissiyasından öncə "ekspert rəyi" ilə daha hansı plagiatlıqlara yol verildiyi və bu yolla dövlət büdcəsi vəsaitlərinin necə talandığı barədə deyəsən, hələ çox danışacağıq.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.