SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ətirdən istifadə qaydaları

Ətirdən istifadə qaydaları

Tarix:

27-02-2017, 15:55

/ 2 224 dəfə oxundu.
Ətirdən istifadə qaydaları

Siz böyük məbləğdə ətir əldə edə bilərsiniz, lakin onu düzgün istifadə etmədiyinizdə, istənilən efekti əldə edə bilməyəcəksiniz.

Bugün sizlərə ətri necə və hara vurmaq lazım olduğundan yazırıq:

1. Bilək

Biləyinizə ətri sıxın və dərhal boğazınıza sürtün – əgər ətriniz keyfiyyətlidirsə, uzun müddət dayanacaq. Deyilənlərə görə bilək və boğazda çoxlu “isti zonalar” var ki, burada qan daim dövr edir və burdakı dəri ətirləri uzunmüddətli edir.

2. Geyimə vurmayın

Birincisi, dəriniz ilə təmas olmadığı üçün iyi tez gedəcək. İkincisi, məlumatınız olsun ki, ətir geyimlərinizdə ləkə saxlaya bilər.

3. Dubl etməkdən çəkinməyin

Nə qədər bahalı ətir olsa da, müəyyən vaxtdan sonra gücünü itirməyə başlayır. Yenidən ətirlənin. Lakin bunu heç kəsin görmədiyi yerdə edin. Birincisi, etika qaydasıdır, ikincisi də, belə daha çoxlarını özünüzə heyran buraxa biləcəksiniz.

4. Fanat olmayın

Zamanla ətirlərinizə öyrəşəcəksiniz və siz daha çox təkrarlara üstünlük verməyə başlayacaksınız. Unutmayın ki, sizin ətirlər əvvəlki kimi aktivdir və çox qalandır. Yaxında olan insanları zəhərləməyə ehtiyac yoxdur. Eyni sxem ilə hərəkət edin.

Şərhlər

XƏBƏR LENTİ