SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Yeganə” şadlıq sarayının rəhbəri Akif Rəhimov vətəndaşları İlqar Əliyevin adından şantaj edir

“Yeganə” şadlıq sarayının rəhbəri Akif Rəhimov vətəndaşları İlqar Əliyevin adından şantaj edir

Tarix:

15-05-2018, 14:03

/ 9 204 dəfə oxundu.
“Yeganə” şadlıq sarayının rəhbəri Akif Rəhimov vətəndaşları İlqar Əliyevin adından şantaj edir

“Yeganə” şadlıq sarayının rəhbəri Akif Rəhimovun işbirliyi qurduğu şəxləri şantaj edərək polislə hədələməsi barədə Realliqinfo.org saytına məlumatlar daxil olub.
Məlumatda bildirilir ki, şadlıq sarayının müdiri Akif Rəhimov şərik iş gördüyü şəxsləri aldadaraq onlara olan borcunu qaytarmaq istəmir. Belə ki, rəhbəri olduğu şadlıq sarayı üçün sifariş etdiyi dəvətnamələrin pulunu ödəməmək üçün şantaj yolunu seçən Akif Rəhimovun əməlləri narazılıq yaradıb.
120 min manat borcu bu iyrənc yolla qaytarmaq istəməyən Yeganə -nin rəhbəri vətəndaşları Prezidentin əmisi oğlu İlqar Əliyevin adı ilə hədələməsi və şantaj etməsi haqqında yazan mənbəmiz qeyd edir ki, polis də baş verən özbaşınalığa şəriklik edir. Polis bölməsi Akif Rəhimovun əsassız şikayətini icraata qəbul edərək sadə vətəndaşları hədələyir.

Hazırda mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Realliqinfo.org

Şərhlər

XƏBƏR LENTİ