SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » AMEA vitse-prezidenti Fəlsəfə İnstitutunda nəyi "biabırçılıq" adlandırıb?

AMEA vitse-prezidenti Fəlsəfə İnstitutunda nəyi "biabırçılıq" adlandırıb?

Tarix:

24-02-2017, 10:04

/ 1 968 dəfə oxundu.
AMEA vitse-prezidenti Fəlsəfə İnstitutunda nəyi "biabırçılıq" adlandırıb?

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda bir neçə müddət öncə baş verən qalmaqallar barədə kifayət qədər materiallar dərc olunub.

Bu institutda baş verən münaqişələr nəhayət bu qurumun parçalanması ilə nəticələndi. Hüququ fəlsəfədən ayırdılar. Lakin buna baxmayaraq hələ də institutun taleyi qeyri-müəyyən olaraq qalır. Belə ki, institutda qarşıdurmaların əsas fiqurlarından biri olan direktor İlham Məmmədzadə kollektivdə nüfuzunu tam itirib. Onun izaholunmaz idarəçiliyi həm də Yeni Azərbaycan Partiyasına münasibətində də özünü göstərib.

Mötəbər mənbələrdən verilən məlumata görə bu ilin fevral ayının 17-də AMEA-nın vitse - prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın aqrar məsələlər üzrə müşaviri akademik Qərib Məmmədov və YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Fəlsəfə İnstitunda YAP dayaq təşkilatının yaradılması məqsədilə təşrif buyurublar. İndiyə qədər ölkənin ideoloji institutlarının birində hakim partiyanın dayaq dəstəsinin olmaması qonaqları xeyli təccübləndirib. Akademik İsa Həbibbəyli bunu “biabırçılıq” adlandırıb. Yəqin ki, bu faktın özü də İlham Məmmədzadənin karyerasına son qoyulmasında mühüm rol oynayacaq.

Mənbə bildirir ki, İlham Məmmədzadənin bu institutda apardığı anti-milli fəaliyyəti barədə elmi ictimaiyyət məlumatlı idi. Lakin mötəbər şəxslərin instituta gəlişi onun anti-ideoloji fəaliyyətini də ortaya qoydu.

Şərhlər

XƏBƏR LENTİ