SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabiq deputata fırıldaqçı “ordeni”: AİB “Avropa Qapıları”nı ifşa etdi

Sabiq deputata fırıldaqçı “ordeni”: AİB “Avropa Qapıları”nı ifşa etdi

Tarix:

24-02-2017, 00:24

/ 2 047 dəfə oxundu.
Sabiq deputata fırıldaqçı “ordeni”: AİB “Avropa Qapıları”nı ifşa etdi

Azad İstehlakçılar Birliyinin rəsmi saytında aldadan sahibkarların siyahısın açıqlanıb

Məlumata görə, saxta «MAKVA» istehsalçısı - Biləcəri qəs. Biləcəri yolu-2, saxta duz istehsalçısı - Masazır kəndi, saxta duz istehsalçısı - Saray qəsəbəsi göstərilib.

Bu faktlar bir yana, "Zəmi" biskivitləri, Bakı, Tbilisi prospekti, 100, "Computex" dükanı (şikayətlər əsasında) və “Avropa Qapıları” (şikayətlər əsasında) aldadan sahibkarlar kimi assosasiya olunub. Ən çox şikayət olunan və aldadan sahibkar adını qazanmış B.Tağıyevin şirkəti nüfuzunu itirib.

Sonuncu ad isə oxucuların diqqətini çəkməyə bilməz. Söhbət məşhur keçmiş-biznesmen deputat Baba Tağıyevin rəhbəri olduğu “Avropa Qapıları”ndan gedir.

Bu dəfə sektorun ən böyük istehsalçısı hesab edilən “Avropa Qapıları” a T.S şirkətinin bazara təklif etdiyi qapı, pəncərə, ev, ofis və bağ evləri üçün mebellərin keyfiyyətini, zavodun istehsal prinsiplərini araşdırıb.

Məlum olub ki, "Avropa Qapıları"nın əhaliyə təqdim etdiyi məhsulların keyfiyyəti heç də ürəkaçan deyil. Belə ki, yüksək keyfiyyətlə hazırlandığı iddia edilən bu məhsullar əslində insan həyatı üçün zərərli olmaqla yanaşı, beynəlxalq standartlara əməl edilmədən istehsal olunur.

“Avropa Qapıları” a T.S şirkəti 1993-cü ildə yaradılıb. Şirkətə “Avropa Qapıları ”adının seçilməsi isə məhz sahibkarın öz beyninin məhsulu olub. Yəni bu hansısa beynəlxalq sertifikat, təltif olunma əsasında baş verməyib.

Əslində ad müəyyən mərhələlərdə şirkətə uğur da gətirib. Müəssisə bazarın müvafiq seqmentində ən böyük yerli istehsalçı kimi tanınıb.

Hətta bir növ monopolistə çevrilib. Çünki qapı, pəncərə istehsalı sahəsində ikinci belə yerli fabrik yoxdur. Hansı ki, bunun özü də ciddi suallar yaradır.

“Avropa Qapıları” şirkəti hələ də məhsullarının ekoloji keyfiyyət normasını açıqlamayıb. Şirkətin istehsal etdiyi məhsulların beynəlxalq və yerli standartlara uyğun olub-olmamağını yoxlamaq üçün keyfiyyət sınaq laboratoriyası belə yoxdur.

Rəsmi internet saytında fabrikin istehsalatda Avropa texnologiyasından və avadanlığından istifadə etdiyi bildirilsə də, həmin texnologiyanın nədən ibarət olduğu, avadanlıqların adları açıqlanmır.

Qapı, pəncərələr tez müddətdə sıradan çıxır. O cümlədən taxta məhsulları standartlara cavab vermədiyindən qapılarda əyilmə baş verir. Çox zaman quraşdırıldıqdan sonra xışıltı səsləri çıxarır.

Bəzi hallarda isə qapılara qurd düşür. Bazarı araşdırarkən məlum oldu ki, “Avropa Qapıları”na üstünlüyü hazırlandıqdan sonra qapı, pəncərələrə vurulan lak-boyalar gətirir.

Yəni şirkətin iddia etdiyi kimi heç də istehsalda rəqəmsal idarə proqramıyla işləyən yüksək keyfiyyətli cihazlar məhsulun keyfiyyətini artırmır.

“Avropa Qapıları” məhsullarının zəmanət müddətini göstərmir, sadəcə zərbəyə qarşı davamlı olduğunu bildirir. Halbuki şirkətin təklif etdiyi qiymətlər məhsulların keyfiyyəti ilə bağlı daha dəqiq zəmanət sertifikatının verilməsini tələb edir.

Artıq bildirdiyimiz kimi “Avropa Qapıları” şirkətinin bazara təklif etdiyi qapı və pəncərələrin qiymətləri bazara hesablanmayıb. İstehsal prosesindəki qusurlara baxmayaraq, şirkət həddən artıq baha qiymət siyasəti yeridir.

Şərhlər

XƏBƏR LENTİ