SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cabbarovun Heydər Əliyevin adını daşıyan liseydə direktor “şou”su

Cabbarovun Heydər Əliyevin adını daşıyan liseydə direktor “şou”su

Tarix:

23-02-2017, 21:11

/ 3 121 dəfə oxundu.
Cabbarovun Heydər Əliyevin adını daşıyan liseydə direktor “şou”su

Xətai rayonunda yerləşən Heydər Əliyev adına lisey həmişə Azərbaycanın ən reytinqli məktəblərindən biri olub. Uzun müddət liseyə Fikrət Xəlilov rəhbərıik edib. Bir neçə il əvvəl mətbuatda Hesablama Palatasının liseylə bağlı açıqlaması yayılmışdı. Açıqlamaya əsasən guya “liseydə 110 min manat yeyinti” olub.
Əslində problemin kökündə Fikrət Xəlilovun personası dayanırdı. Çünki Fikrət Xəlilov heç bir məmurun zənginə, yaxud xahişinə məhəl qoymurdu və şagirdlərin yalnız savadlı olmasını tələb edirdi, yəni əsl təhsil adamı idi. Ona görə də irili-xırdalı xeyli məmurlar Fikrət Xəlilovdan narazı idi. Nəticədə Hesablama Palatasının əli ilə Fikrət Xəlilov direktorluqdan uzalaşdırıldı. Onun yerinə Ümid Babaşov liseyə direktor təyin edildi. Ancaq onu da rahat buraxmadılar. Və az vaxtdan sonra Ümid Babaşovu guya “fətullahçı” olmaqda ittiham edərək direktorluqdan kənarlaşdırdılar.
Liseyin yeni direktoru Natavan Bədəlovanın da vəzifə ömrü cəmi bir neçə ay çəkdi. İki ay əvvəl təhsil naziri Mikayıl Cabbarov cənabları Sevinc Orucovanı liseyə direktor təyin etdi.

Liseyin başına son illər açılan bu rüsvayçılıq heç bir əndazəyə sığmır. Axı, cənablar, bura sizin üçün ticarət mərkəzi deyil, təhsil ocağıdır. Daxil olan məlumata görə, liseydə yenə gərginlik yaşanır. Deyən lisey yeni direktora “hamilə”dir…

Yazıda adı keçən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

nuh.az

Şərhlər

XƏBƏR LENTİ