XalqXəbər.Az

Tələbə yoldaşı olan yeni nazirlər

Tələbə yoldaşı olan yeni nazirlər
22-04-2018, 00:34

Ölkə prezidenti İlham Əliyevin son sərəncamları ilə kənd təsərrüfatı naziri təyin olunan İnam Kərimovla əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilən Sahil Babayev həm də tələbə yoldaşı olublar.

Bu barədə millət vəkili, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (AMDP) sədri Elşən Musayev öz Facebook statusunda yazıb:

“Tələbə yoldaşlarım İnam Kərimov və Sahil Babayev, Milli Məclisdə komitə yoldaşım, əzizimiz Rövşən Rzayev yeni hökumətin tərkibində yer alıblar!

Hər biri ilə qürur duyuram və onlara gələcək fəaliyyətlərində bol-bol uğurlar arzu edirəm...” - deyə, o, sonra yazıb.

Qeyd edək ki, hər 3 şəxs 1995-2002-ci illərdə BDU-nun beynəlxalq hüquq fakültəsində təhsil alıblar.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.