SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 12 super makiyaj sirriylə gözəlləşin!

12 super makiyaj sirriylə gözəlləşin!

Tarix:

23-02-2017, 13:28

/ 2 686 dəfə oxundu.
12 super makiyaj sirriylə gözəlləşin!

Makiyajınızın qüsursuz görünməyini istəyirsinizsə, məsləhətlərimizə əməl edə bilərsiniz;

1. Dodaq boyası və ya parladıcının hamar görünməsini istəyirsinizsə, dodaqlarınızı tez-tez nəmləndirin. Diş fırçasıyla ölü dərini təmizləmək olar.
2. Tonal krem dərinizə ağırlıq gətirirsə, BB kremləri istifadə edin. Tək məhsulla rəng normallaşdırması, ləkə aradan qaldırma və dəriyə qulluq edə bilərsiniz.
3. Daha cazibədar görünmək istəyirsinizsə, makiyajda önəmi gözlərinizə verin.
4. Hamar və qalıcı bir makiyaj üçün dəri tipinizə uyğun bir məhsulla dərinizi təmizləyin, nəmləndirici krem ​​sürtün. Dəri tərəfindən əmildikdən sonra makiyaja başlayın.
5. Qaşlarınızı şəklə salmaq üçün quru bir diş fırçası üzərinə yüngül saç spreyi sıxıb qaşlarınızı darayın, saatlarla mükəmməl görünəcək.
6. Qaşlarınızda boşluq varsa və ya daha qalın görünməsini istəyirsinizsə, qaş tuşu istifadə edə bilərsiniz. Ümumiyyətlə, qəhvəyi tonlar daha təbii nəticə verir.
7. Göz qələmi istifadə etməyi sevirsinizsə, mütləq metal rəngli bir kölgəylə tamamlayın. Beləliklə, gözləriniz daha parlaq və cazibədar görünəcək.
8. Gündəlik həyatda sadə görünmək üçün dodaqlarınızda ten və pastel rəngli dodaq boyalarından istifadə edin. Şəxsi dəvətlərdə isə cəsarət istəyən tonlardan imtina etməyin.
9. Kirpiklərinizin daha qalın və həcmli görünməsini istəyirsinizsə, incə bir qat BB krem ​​sürtün və qurumasını gözləyin. Ardından bir neçə qat tuşunuzu vurun.
10. Tuş sürtərkən dərinizə bulaşmaması üçün qaşıq istifadə edə bilərsiniz. Kirpik altına qaşıq qoyun və rahat-rahat sürtün.
11. Göz makiyajını təmizləmək üçün uşaq şampunundan istifadə edə bilərsiniz. Göz yandırmayan bu şampunla göz makiyajınızı asanlıqla təmizləyəcəksiniz.
12. Dişlərinizin təmizliyi də makiyaj qədər əhəmiyyətlidir. Makiyaja başlamazdan əvvəl dişlərinizi fırçalayın. Ayrıca, qırmızı tonlardakı pomadalar dişləri daha ağ göstərir.

Şərhlər

XƏBƏR LENTİ