SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan və Türkiyə iş adamları Novruz bayramını birgə qeyd etdilər

Azərbaycan və Türkiyə iş adamları Novruz bayramını birgə qeyd etdilər

Tarix:

23-03-2018, 20:22

/ 1 644 dəfə oxundu.
Azərbaycan və Türkiyə iş adamları Novruz bayramını birgə qeyd etdilər

Novruz bayramı ilə əlaqədar olaraq Ukraynanın Kiyev şəhərində Azərbaycan, Ukrayna və Türkiyə iş adamlarının birgə konfransı keçirilib.

Novruz bayramı münasibətilə həmvətənlərimizi təbrik edən Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyev bildirib ki, Azərbaycan ilə Türkiyənin iri şirkətləri Ukraynada yol, tikinti və bir sıra infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak edirlər. Bu işdə Azərbaycan dövlətinin daim dəstəyini hiss etdiyini qeyd edən Ə.Əliyev növbəti illərdə də iş adamlarının fəal çalışacaqlarını bildirib. Azərbaycan ərazisinin 20 faizinin 25 ildən artıqdır ki, Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanmasının iqtisadi inkişafa əngəllər törətdiyini qeyd edən ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev isə qeyd edib ki, bu çətinliyə baxmayaraq Azərbaycan son 10-15 ildə iqtisadi nailiyyətlər əldə edib, bir sıra beynəlxalq iqtisadi layihələrə imza atıb. Azərbaycanın və Türkiyənin birgə iri layihələri regionun inkişafına, əlavə iqtisadi dividentlərin əldə olunmasına çox böyük töhfə verir. A.Xudiyev bildirib ki, Azərbaycan və Türkiyə iş adamları Ukraynada artıq iri layihələr reallaşdırırlar və burada onlar üçün əlverişli şərait yaradılıb. Çünki Ukrayna Azərbaycan və Türkiyənin strateji tərəfdaşıdır. Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ulu öndər Heydər Əliyevin isə "Azərbaycan ilə Türkiyə bir millət, iki dövlətdir” kəlamlarını xatırladan diplomat, Ukraynada çalışan azərbaycanlı və türk iş adamlarının birgə fəaliyyət proqramı hazırlamalarının tarixi əhəmiyyətindən bəhs edib. Sonra çıxış edən Ukrayna Türk İş Adamları Dərnəyinin başqanı Burak Pəhlivan, Türkiyənin Ukraynadakı səfirliyinin ticarət müşaviri Haydar Koçak bu cür forumların keçirilməsinin vacibliyini qeyd ediblər. Bildirilib ki, dövlətlərimizin gücünü və qüdrətini artırmaq üçün birliyə və həmrəyliyə böyük ehtiyac var. Tədbirin sonunda Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin fəxri diplomu ilə mükafatlandırılıb.

Şərhlər

XƏBƏR LENTİ