SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cavid Qurbanov işsiz qalacaq - Seçkidən sonra...

Cavid Qurbanov işsiz qalacaq - Seçkidən sonra...

Tarix:

1-03-2018, 16:34

/ 2 371 dəfə oxundu.
Cavid Qurbanov işsiz qalacaq - Seçkidən sonra...

Keçirilməsi bu ilin 11 aprelinə nəzərdə tutulan prezident seçkilərindən sonra bir sıra islahatların həyata keçirilməsi nəzərdə tutulur. Bu aydın məsələdir. Bu barədə danışan məlumatlı mənbə bildirir ki, təkcə hansısa icra başçısı yola salınmayacaq, eyni zamanda struktur islahatları da gözlənilirş

Mənbənin söylədikləri: "Konkret olaraq Azərbaycan Dəmiryolları İdarəsinin təkrarən nəqliyat nazirliyinin bir şöbəsinə çevrilməsi müzakirə olunur. Ola bilsin ki, Cavid Qurvanov hanısa məqamda yaxşı fiqur təsiri bağışlayıb. Amma bu gün söz konusu dövlətin maraqlarıdır və Cavid Qurbanov məhz dövlətin maraqları naminə nəzərdə tutulan struktur islahatları fonunda görəvsiz qalacaq".

Mənbə iddia edir ki, Azərbaycan Dəmiryolları İdarəsinin təkrarən Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyinə tabe etdirilməsi gözlənilir: "Bu qərar seçkilərdən sonra icra olunacaq. Elə himn vaxt da Cavid Qurbanovun final nöqtəsi hesab oluna bilər".

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ