SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "O, nə avtomobildir ki? Bizdə ondan bahalılar var" - Azərbaycanlı iş adamı "Şərurlu İsfəndiyar"

"O, nə avtomobildir ki? Bizdə ondan bahalılar var" - Azərbaycanlı iş adamı "Şərurlu İsfəndiyar"

Tarix:

26-02-2018, 10:51

/ 2 497 dəfə oxundu.
"O, nə avtomobildir ki? Bizdə ondan bahalılar var" - Azərbaycanlı iş adamı "Şərurlu İsfəndiyar"

"Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov sosial şəbəkələrdə onun oğluna məxsus olduğu deyilən və iqtisdaçı alim Qubad İbadoğlu tərəfindən sosial şəbəkədə gündəmə gətirilən və "Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun oğluna məxsus olduğu deyilən "10-AA-665" dövlət nömrə nişanlı "Mercedes–Benz S Class" avtomobili ilə bağlı açıqlama verib.
İ.Axundov ölkə.az-a açıqlamasında sözügedən avtomobilin ona və ya ailəsinə məxsus olmadığını bildirib:

"Bizdə ondan da bahalı avtomobillər var. O, nə avtomobildir ki? Yazılanlara fikir vermək lazım deyil. O, avtomobil bizə məxsus deyil. Əgər bizim olsaydı, onu gizlətməzdim".
Xatırladaq ki, ötən gün iqtisadçı-alim Qubad İbadoğlu sosial şəbəkədə "Brabus” şirkəti tərəfindən xüsusi qaydada yığılmış super avtomobil modeli Mercedes-Benz S Class-ın şəklini paylaşaraq, onun kimə məxsus olması ilə bağlı izləyicilərə sual ünvanlayıb. "Bu avtomobil xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir. .. Avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır” – deyə iqtisadçı yazır.

Qaynarinfo-ya daxil olan məlumata görə, bu bahalı avtomobil tikinti maqnatı, "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun oğluna məxsusdur.

Şərhlər

XƏBƏR LENTİ