SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qarabağ qazisinin ölümünə səbəb olan Səttar Möhbalıyev yenə sədr seçildi – 27 il eyni vəzifədə

Qarabağ qazisinin ölümünə səbəb olan Səttar Möhbalıyev yenə sədr seçildi – 27 il eyni vəzifədə

Tarix:

6-02-2018, 14:25

/ 1 751 dəfə oxundu.
Qarabağ qazisinin ölümünə səbəb olan Səttar Möhbalıyev yenə sədr seçildi – 27 il eyni vəzifədə

2013-cü ildə Qarabağ qazisi Zaur Həsənovun özünü yandıraraq intihar etməsinə səbəb olan Səttar Möhbalıyev yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib. AzEuroNews.com–un məlumatına görə, həm də Milli Məclisin deputatı olan S.Möhbalıyev 1991-ci ildən bu vəzifədədir.
S.Möhbalıyevin yenidən bu posta seçilməsi üçün Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı keçirilib. Qurultayda prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, sahə həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndə, dövlət və hökumət rəsmiləri, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəalları iştirak ediblər.
Qurultayı AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıb.
Səttar Möhbalıyev deyib ki, hazırda Konfederasiyanın sıralarında 1,5 milyona yaxın üzvün birləşdiyi 16 min 901 həmkarlar ittifaqları təşkilatı fəaliyyət göstərir. Son 5 ildə 507 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb, 56 min 497 nəfər həmkarlar ittifaqı üzvlərinin sırasına cəlb edilib.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb, AHİK-in sədri vəzifəsinə seçkilər keçirilib.
Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.
Həmçinin AHİK sədrinin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması məsələsi səsə qoyularaq təsdiqlənib.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ