XalqXəbər.Az

Tamara Həmidova ilə Hacıbala Abutalıbovu nə birləşdirirmiş?

yüklənir...
Tamara Həmidova ilə Hacıbala Abutalıbovu nə birləşdirirmiş?
18-02-2017, 10:19
yüklənir...

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq mühasibi Tamara Həmidovaya qarşı dələduzluğun yeni təfərrüatları haqda məlumatlar əldə etmişik. Ötənlərdə xəbər vermişdik ki, T.Həmidovanın 505 min dolları ələ keçirilib. Məsələ belə olub ki, 2013-cü ildə Gündüz Bağırov və Çingiz Təndirov ortaq tanışları vasitəsi ilə T.Həmidova tanış olublar. Onlar qadını inandırıblar ki, Birləşmiş Ərəb Əmirliklərində böyük bizneslə məşğuldurlar.

Əllərindəki milyonlarla pulu biznesə yatırıblar, dövriyyəni böyütmək üçün onlara əlavə vəsait lazımdır. Sabiq baş mühasibdən biznesə yatırmaq üçün pul istəyiblər. Bu yolla T.Həmidovadan 2013-2014-cü illər ərzində ümumilikdə 505 min dollar pul alıblar və ona hər ay faiz verəcəklərini vəd ediblər. İlkin dövrlərdə sabiq baş mühasibə faizlər verilsə də, sonradan proses dayandırılıb. T.Həmidova bir neçə müraciətdən sonra ona pulu verməkdən imtina ediblər. Deyiblər ki, hara istəsə şikayət edə bilər. T.Həmidova deyildiyi kimi də edib. Bir çox ünvanlara şikayət ünvanlasa da, aylarla davam edən araşdırmalardan sonra ona məhkəməyə müraciət etməyi məsləhət biliblər.
Aldığımız məlumatda bildirilir ki, T.Həmidova faizləri deyil, əsas məbləği almaq üçün bu gün də çalışır, davamlı olaraq Prezident Administrasiyasına, hüquq mühafizə orqanlarına şikayətlər edir. O, faizlə borc verdiyi 505 min dolları illərlə topladığını gizlətmir. Pulların mənbəyi haqda bilinən isə budur ki, keçmiş mühasibin vaxtilə Bakı Şəhər İcra Hakimiyyətində işləyərkən Hacıbala Abutalıbovla yaxşı münasibətləri olub. Həmin vaxt T.Həmidova Bakının müxtəlif ərazilərindən çoxlu torpaqlar əldə etməyə nail olub. Onun Bakının əksər rayonlarında - Sabunçu, Səbayel, Xəzər, Yasamal, Nizami rayonu ərazisində çoxsaylı torpaq sahələrinə sahib olduğu bilinir. Həmin torpaq sahələrinin əksəriyyəti ilə bağlı T.Həmidovanın məhkəmə çəkişmələri olub. Çox vaxt torpaqların başqa şəxslərə məxsus olması üzə çıxıb, T.Həmidova məhkəmələrə çəkilib. Belə məhkəmə çəkişmələri uzun müddət Səbayel, Sabunçu, Xəzər Rayon Məhkəmələrində araşdırılıb.

İddialara görə, T.Həmidovanın sabiq milli təhlükəsizlik nazirinin yaxın çevrəsinə daxil olan şəxslə əlaqəsi hesabına əksər məhkəmə çəkişmələrindən qalib çıxıb. Bu əlaqə üzərindən onun torpaqlarla bağlı məhkəmə çəkişmələri yoluna qoyulub. Bu məsələnin getdikcə böyüməsi mühasiblə Abutalıbov arasında münaqişənin yaranmasına gətirib çıxarıb.

Mer mühasibini zəiflətmək istəsə də, ona bata bilməyib. İddia edilir ki, torpaq söhbətinə görə aralarında böyük davalar olub. Nizami rayonu, Çobanzadə küçəsində T.Həmidovanın satdığı bir torpaq sahəsində ət dükanı tikilib. Torpağı alan şəxsə vəd olunub ki, torpağın sənədləri ona veriləcək. Amma verilməyib. Torpaq sahibi biləndə ki, onun mağazasının altından magistral xətt keçir, artıq gec olub. Hətta həmin xətdə baş verən qəza nəticəsində mağaza vaxtilə sökülüb. Mağaza sahibi böyük ziyana düşüb. Sonradan öz hesabına mağazanı yenidən bərpa etdirib.

Baş verənlər T.Həmidovanın torpaq biznesini davam etdirməsinə mane olmayıb. Abutalıbovun sabiq mühasibi torpaq biznesdən böyük gəlirlər əldə edib. 2013-cü ildə isə Gündüz Bağırov və Çingiz Təndirovla tanışlığı onun illərlə torpaq biznesindən əldə etdiyi pulların əlindən getməsinə səbəb olub. Pulların geri qaytarılacağına ümidlər də aradan qalxır..

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.