XalqXəbər.Az

“Mərcan broyler” Ziya Məmmədovun oğlundan alınır

yüklənir...
“Mərcan broyler” Ziya Məmmədovun oğlundan alınır
18-02-2017, 00:14
yüklənir...

“Ucar Aqro” MMC “GARANT Holding”in nəzdində ilk aqrar şirkətdir. 2012-ci ilin sentyabr ayının 5-də yaradılıb

Bu fakt əlavə izahata ehtiyac görmür. Ancaq keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğluna aid holdinqin tərkibində olan bu MMC çətin günlərini yaşayır.

Daxil olan məlumata görə, Ucar rayonunda 2012-ci ildə quş ətinin emalı üzrə zavodun təməlqoyma mərasimi keçirilib.

Anar Məmmədovun himayəsi ilə “Mərcan broyler” toyuqları satışa buraxılıb. İl ərzində müəssisə 17 min ton məhsul istehsaletmə gücünə malikdir. Kəsmə qüvvəsi isə saatda 6 min başdır. İndi bu müəssisənin A.Məmmədovdan alınacağı prosesinə hazırlıq gedir.

Mənbənin sözlərinə görə, zavodun fəaliyyətini dayandırması gözlənilmir. Ölkədə aqrar sektorun, quşçuluq təsərrüfatının inkişafı prezidentin maraq dairəsindədir. Burada yüzlərlə işçi əmək haqqı alır və “Mərcan broyler” bazara daxil ola bilib.

Ona görə də Məmmədovların çökdürülməsi prosesində “Ucar Aqro” MMC-nin əl dəyişməsi və sabiq nazirin oğlundan alınması istisna edilmir. Məmmədovların ailə biznes imperiyasına daxil olan aktivlərin mülkiyyətçilərinin dəyişməsi prosesi gedir.

Anar Məmmədovun Vaşinqtondakı Azərbaycan Amerika Alyansı lobbi təşkilatının da fəaliyyətini dayandırdığı haqda məlumatlar var. Anar Məmmədovun “Qarant Holdinq”in rəhbərliyindən də istefa verdiyi bildirilir. Habelə, broyler fabrikinə də baş çəkməyib.

Daxil olan məlumata görə, Məmmədovların sonu çoxdan görünürdü. Hətta bu ailə-klan qruplaşması da müşahidə edirdi.

Sadəcə, qarşısıalınmaz bir proses başlanmışdı və kontur taktika qalmamışdı. Əlbəttə ki, sabiq nazirin qohumlarının və idarəçiliyinin yaratdığı fəsadlar onun ayağına yazılırdı.

Z.Məmmədov yaxın çevrəsinin özbaşına və qudurğan hərəkətlərini yığışdıra bilmirdi. Onun nəzarətindəki icra hakiminin ucbatından Qubada əhali ayağa qalxmışdı. Beləcə, damla-damla toplanan narazılıq Nəqliyyat Nazirliyinin ləğvi ilə nəticələndi.

Anar Məmmədovun Azərbaycanda əksər biznes və media strukturları bağlanıb, özü isə Londonda yaşayır. Vaxtı ilə ölkənin ən gəlirli sahələrinə nəzarət edən Məmmədovlar indi qürub dövrünü yaşayır.

Məmmədovlar ailəsinin biznes imperiyasında əsas yeri tutan şirkətlərdən biri kimi “Garant Holding” 17 şirkəti özündə birləşdirirdi. Holdinqin direktorlar şurasının sədri Anar Məmmədovun özüdür.

Şirkət 2005-ci ildən 2013-cu ilə qədər “ZQAN Holdinq” adi ilə fəaliyyət göstərib. Holdinqin tərkibinə “Qarant Sığorta” və “Goranboy Gips” açıq səhmdar cəmiyyətləri, “Azbentonit”, “Royal İsteyt”, “Qarant Tour” , “English Yard”, “Quba Olimpiya Kompleksi”, “Avto-Media”, “Ucar Aqro”, “M.Trans”, “Ameritex”, “Transevrokom”, ” Zqan konstrakşn”, “Turbo.az”, “Qarant Sığorta Agenti”, “Quba Resort”, “AFK”, “Delfin” Məhdud Məsuliyyətli Cəmiyyətləri daxildir.

A.Məmmədovun Qubadakı digər layihəsi isə Azərbaycan Qolf Federasiyasının (özü AQF-nin prezidentidir) baş ofisi kimi fəaliyyət göstərən qolf klubudur. Bakı Voleybol Klubunun rəhbərinin də A.Məmmədov olduğu deyilir.

A.Məmmədovun Böyük Britaniyada da biznesi var. O, “BROOKWOOD INTERNATIONAL lIMITED” şirkətinin təsisçisi və direktorudur.

Eyni zamanda Dubayda qeydiyyatdan keçmiş ZQAN holdinqin bir şirkəti ZQAN UK LTD adı ilə Böyük Britaniyada qeydiyyatdan keçib. Türkiyədə A.Məmmədovla əlaqələndirilən 2 şirkət də mövcuddur.

Bunlar, “Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti”, “Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti”dir. Oğul Məmmədov bu şirkətlərin idarə heyətinin üzvü olub. Hər ikisinin idarə heyətinin indiki üzvləri A.Məmmədovla əlaqəli olan şəxslərdir.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.