SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Avtobusları çirkləndirən sərnişinlər CƏZALANACAQ

Avtobusları çirkləndirən sərnişinlər CƏZALANACAQ

Tarix:

17-02-2017, 21:12

/ 1 911 dəfə oxundu.
Avtobusları çirkləndirən sərnişinlər CƏZALANACAQ

Bakıda sərnişin avtobuslarını çirkləndirən sərnişinlərə qarşı tədbirlərə başlanılıb.
Bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev deyib.
O bildirib ki, marşrut xəttindən qaraja qayıdan avtobusların salonuna diqqət yetirərkən heyrətlənməmək, təəssüf hissi keçirməmək mümkün deyil: “Gecə boyu xüsusi mütəxəssislər tərəfindən mərhələli şəkildə təmizlənib səhər xəttə buraxılan avtobusun salonunda gecə yarısı qayıdarkən nələr aşkar olunmur? Müxtəlif növ məişət tullantıları, salfetkalar, siqaret kötükləri, kağız parçaları, meyvə və ərzaq qalıqları və sair. Ən ürək ağrıdan məqam isə oturacaq və salonun digər hissələrinin məsuliyyətsiz sərnişinlər tərəfindən yazılması, cızılması və qalıcı xəsarətlərin yetirilməsidir”.
M. Piriyev qeyd edib ki, bununla bağlı araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən sərnişinlərin kimliyi aşkar olunub. Həmin sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək.
M. Piriyev sərnişinləri avtobuslardan istifadə edərkən təmizlik qaydalarına riayət etməyə və digər sərnişin tərəfindən bu kimi hallara yol verildiyini müşahidə etdikləri zaman dərhal “BakuBus”un *4242 “qaynar xətt”inə müraciət etmələrini xahiş edib.

Şərhlər

XƏBƏR LENTİ