SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Üç nazir korrupsiyanın ləğvinə qarşı

Üç nazir korrupsiyanın ləğvinə qarşı

Tarix:

10-02-2017, 00:11

/ 1 992 dəfə oxundu.
Üç nazir korrupsiyanın ləğvinə qarşı

Hakimiyyət daxilində narazılıq yaranıb. Hökumətin islahatçı qanadı reformalara qarşı çıxan qüvvələrlə amansız didişmədədir

Sızan məlumata görə, bəzi nazirlər korrupsiya sisteminin mövcud olması üçün dəridən-qabıqdan çıxır. Bu nazirlər korrupsiyanın ləğvinə qarşı gedirlər.

Bu mənada hakimiyyət iki hissəyə bölünüb. Prezidentin islahatlarına qarşı çıxan qüvvələr çalışırlar ki, iqtisadi təxribatlar yaratsınlar.

Ölkədə sosial gərginliyə səbəb olan bu məmur təbəqəsi böhrandan sonra yenə rüşvətin ən yüksək həddə olacağına ümid edir. Buna görə də sistemdə islahatlar paketinin əleyhinə fəaliyyət göstərirlər.

Konstitusiyaya edilən əlavə və dəyişikliklərdə çox mühüm bir bənd qarşıdakı proseslərin təməliydi. Artıq parlamentdə müxalif fikirli, nöqsanları dilə gətirən, problemləri birgə müzakirə etməyə hazır olan deputatlara ehtiyac var.

Heç də susqun mandat sahibləri hakimiyyətin daxili və xarici siyasətinə fayda vermir. Onların yerinə savadlı, dil bilgiləri olan, Azərbaycanı Qərb ölkələrində təmsil edəcək, habelə sosial layihələr, təşəbbüslər qaldıran kadrlar mandat sahibi ola bilər.

Hər halda islahatçı qanadla ənənəvilərin toqquşması və gərgin mübarizəsi də hazırda bu şəkildə gedir. İqtidarın daxilindəki bəzi qüvvələr status-kvo tərəfdarıdır və reformaların düşməni rolunda çıxış edir.

Referendumun keçirilməsi onların məğlubiyyətinin yarısıydı, yerdə qalan hissəsi bundan sonra məlum olacaq.

Sızan məlumata görə, onların arasında üç nazirin xüsusi fəallığı diqqət çəkir. Səhiyyə naziri Oqtay Şirəliyev, vergilər naziri Fazil Məmmədov və kənd təsərrüfatı naziri Heydər Əsədovu hazırkı vəziyyət çox qane edir.

Azərbaycanda ən çox rüşvət və korrupsiya bataqlığında boğulan Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyidir.

Bu üç nazirlik ölkənin sosial-iqtisadi inkişafını baltalayır. İstər mətbuatda gedən şikayətlər, istərsə cəmiyyət arasında aparılan sorğular, istərsə də gündəlik həyatımızda müşahidə etdiklərimiz deməyə əsas yaradır ki, korrupsiya tərəzisində adıçəkilən 3 nazirlik liderlik edir.

Sahibkarlar vergidən, xəstə yaxınları səhiyyədən, fermerlər və kəndlilər isə aqrar sektordakı qanunsuzluqlardan cana doyub.

Acı mənzərə ondan ibarətdir ki, Azərbaycanda sadlanan sahələr üzrə geriyə doğru irəliləyiş var, rüşvət, süründürməçilik, özbaşınalıq, keyfiyyətsizlik tüğyan edir. Monitorinq üzrə vergilər naziri Fazil Məmmədov liderlik edir.

Şərhlər

XƏBƏR LENTİ