SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kamal Abdulla ilə Oqtay Şahbazov da siyahıda

Kamal Abdulla ilə Oqtay Şahbazov da siyahıda

Tarix:

6-02-2017, 00:03

/ 7 021 dəfə oxundu.
Kamal Abdulla ilə Oqtay Şahbazov da siyahıda

Prezident Administrasiyasında nüfuzlu siyasi xadimlərin vitse-prezidentliyə namizədliyi haqda xəbərlər gəlməkdədir

Daxil olan məlumatda iddia olunur ki, PA-da daha iki yüksək ranqlı məmurun adı hallanır.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla və Prezidentinin işlər idarəsi müdiri Oqtay Şahbazovun vitse-prezident təyin olunacağı gözləntiləri var.

K.Abdulla və O.Şahbazovun şanslarının az olmadığı söylənir. Onlarıln dövlət idarəçilik təcrübəsi və sağlam reputasiyası var.

İqtidar düşərgəsində birmənalı qarşılanan və heç bir qruplaşma ilə konflikti olmayan adıçəkilən məmurların vitse-prezidentlik şansları var.

Əslində, hakimiyyət daxilində hələ də vitse-prezidentlərin kimlərin olacağı dəqiqləşməyib. Bu təyinatların verilməsi səlahiyyəti prezidentə aiddir.

Daxil olan məlumatda iddia olunur ki, ən çox şans olanlardan prezidentin köməkçisi Natiq Əmirov və Əli Əhmədovun adı keçir. Amma ümumilikdə 6 posta təyinat olacaq.

Vitse-prezidentlərin martın sonuna qədər təyin olunacağı gözlənilir. Deputat Vahid Əhmədov martda 6 posta təyinat olacağını açıqlamışdı.

Məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı ilə sənaye və energetika naziri Natiq Əliyev 6 vitse-prezidentdən biri olmaq eşqinə düşüb.

İddia olunur ki, sədrlə nazir iqtisadi islahatlar üzrə prezidentin komandasında təmsil olunmaq niyyətindədirlər. Vitse-prezidentlərin təyinatı vaxtı yaxınlaşdıqca rəqabət qızışır; Hakim dairələrdə bu postlar uğrunda mübarizə alovlanır.

Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri, birinci dərəcəli Dövlət müşaviri Novruz Məmmədovun da vitse-prezidentliyə namizəd olduğu iddia edilir.

Eyni zamanda İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundovun da namizəd olduğu xəbər verilir.

Şərhlər

XƏBƏR LENTİ