SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 71 yaşlı qaçqın Ramil Usubovdan imdad diləyir: “Problemi yalnız siz həll edə bilərsiz”

71 yaşlı qaçqın Ramil Usubovdan imdad diləyir: “Problemi yalnız siz həll edə bilərsiz”

Tarix:

2-02-2017, 00:26

/ 1 732 dəfə oxundu.
71 yaşlı qaçqın Ramil Usubovdan imdad diləyir: “Problemi yalnız siz həll edə bilərsiz”

Fizuli rayonundan məcburi köçkün Məmmədov İxtiyar Mustafa oğlu Daxili İşlər naziri Ramil Usubova müraciət edib

Ünvanladığı məktubda məcburi köçkün bildirir ki, 1993-cü ildən 13 nəfər ailə üzvü ilə Bakının Xətai rayonu, Duzlu Göl sanatoriyasında məskunlaşıb.

Onun sözlərinə görə, polis nəfəri işləyən və 2 ildir işdən çıxarılan oğlu Məmmədov Nurəddinin işi ilə əlaqədar nazirin qəbulunda olmaq istəyir: “Şəxsən Sizin özünüzü görmək istəyirəm. Digər nazirlərdən fərqli olaraq Sizin qəbulunuza düşmək asan olur.

Eyni zamanda vətəndaşların müraciətlərinə həssas yanaşırsınız. Nədənsə Sizə müraciət etsəm də, qəbulunuza düşə bilmirəm və məni başqa səmtə yönəldirlər.

Xahiş edirəm məni, 71 yaşlı məcburi köçkünə qızıl vaxtınızdan ayırıb qəbul edəsiniz. Bizim problemimizi yalnız Siz həll edə bilərsiniz. Tel: (055) 705-71-72”.

Digər nazirliklərdən fərqli olaraq tez-tez yer dəyişmələr edilir, adi şikayətlərə dərhal reaksiyalar verilir. Başqa nazirlərdən fərqli olaraq, cənab nazir Ramil Usubov yerlərdə vətəndaşları iki gün qəbul edir.

Nazir qəbula gələnlərin problemini həll edir. Digər nazirliklərdən fərqli olaraq, Daxili İşlər Nazirliyində serjantıi belə nazir özü seçir, vəzifə və tapşırıqlarını xatırladır.

Xalqa hesabat verən və mətbuatda ictimailəşdirən DİN-nin fəaliyyəti cəmiyyətdə bir etimad, arxayınlıq, inam yaradır. İnsanlar təhlükəsizliklərinin təminatı olduğunu, bu iki güc strukturuna etibar etməli olduqlarını görürlər.

Şərhlər

XƏBƏR LENTİ