SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısı Asif Ağayev villasını satışa çıxarıb - İDDİA

İcra başçısı Asif Ağayev villasını satışa çıxarıb - İDDİA

Tarix:

8-07-2017, 12:21

/ 118 041 dəfə oxundu.
İcra başçısı Asif Ağayev villasını satışa çıxarıb - İDDİA

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Abşeron rayonu Goradil kəndində yerləşən dəbdəbəli villalarından birini satışa çıxarıb.

Əldə etdiyimiz məlumata görə, Asif Ağayevin satışa çıxardığı villa keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasova məxsus mülklə eyni küçədə, yaxın məsafədə yerləşir. Bir zaman keçmiş nazirlə eyni məhəllədə yaşayan İcra Başçısının hazırda villasını hansısa səbəbdən satışa çıxarması müəyyən suallar doğurur.

Onu da qeyd edək ki, “Socar” prezidenti Rövnəq Abdullayevin adamı olduğu söylənilən Asif Ağayev Şamaxı rayonunu istənilən şəkildə idarə edə bilmədi. O, bir çox sahibkarlara problemlər yaşatdı, təhsil, səhiyyə və digər sahələrə təyin etdiyi rəhbər şəxslərin ətrafında müxtəlif söz-söhbətlər gəzdi, onlarla şəxs banklara borclandı. Hazırda da A.Ağayevin adı saytlarda müxtəlif qalmaqallara görə hallanır.

Əldə etdiyimiz son məlumata görə o,vəzifəsini Bakının rayonlarından birinə dəyişmək istəyir.

Məlumat üçün bildirək ki,qarşı tərəfin mövqeyini örgənmək mümkün olmadı.Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Faktinfo.az

Şərhlər

XƏBƏR LENTİ