SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cavid Qurbanovun bu müavini yeyintidə ittiham olunur - Zərdablılar şikayət edir

Cavid Qurbanovun bu müavini yeyintidə ittiham olunur - Zərdablılar şikayət edir

Tarix:

20-06-2017, 10:01

/ 58 946 dəfə oxundu.
Cavid Qurbanovun bu müavini yeyintidə ittiham olunur - Zərdablılar şikayət edir

Zərdab rayon sakinləri tərəfindən xalqxeber.az-a-a şikayət məktubu ünvanlanıb. Məktubda deyilir:
"Zərdab-Mollakənd yolu 20 min nəfərdən çox əhalinin yaşadığı 16 kəndi əhatə edir və ümumi uzunluğu 43 kilometrdir. Bu yolun tikintisi üçün dövlət büdcəsindən ayrılmış küllü miqdarda vəsait mənimsənildiyindən 2013-cü il tarixdə tikilən bu yol dağılaraq tam yararsız vəziyyətə düşmüşdür
Bu yolun tikintisini Xəqani Kazımovun rəhbərlik etdiyi Azəryolservis ASC-nin 71 saylı Yol İstismarı İdarəsi həyata keçirmişdir.Xəqani Kazımov hazırdı Dəmir Yolu QSC-nin sədri Cavid Qurbanovun müavinidir.Görünür talançılıq bacarığına görə Cavid Qurbanov onu özünə müavin təyin etdirmişdir. Xəqani Kazımovun talançılığı nəticəsində sakinlər əziyyət çəksədə övladları kef-damaq içində yaşayır.Onun oğlu Səbail rayon prokurorluğunun əməkdaşı olan Vüsal Kazımov bahalı avtomobilərin kolleksiyası xəstəsidir. Həmin bahalı avtomobillər Zərdab-Mollakənd yolunda hərəkət etsə dərhal xarab olar. 43 km uzunluğu olan Zərdab-Mollakənd yolunun yararsız hala düşməsinin səbəbkarı olan Xəqani Kazımovun talançılıq əməllərinin araşdırılmasına zərurət var".
Daha sonra daxil olan müraciətdə deyilir: "Biz Zərdab rayon sakinləri həmin rayonun deputatı olan Jalə Əliyevadan xahiş edirik ki, bir dəfə Zərdaba həmin yolla gəlsin və tədbir görülməsi məsələsini Milli Məclisin iclasında qaldırsın. Zərdab rayonunun deputatı Jalə xanım yolunuzu gözləyirik".

Cavid Qurbanovun bu müavini yeyintidə ittiham olunur

Şikayət məktubunu aşağıdakı şəxslər ünvanlayıb:
Rəfiyev Faiq Soltan oğlu
Abbasov Adil Qadir oğlu
Qasımov Nazim Oruc oğlu
Məmmədov Abdulkərim Hüseyn oğlu
Paşayev Kərim Lazım oğlu

Qarşı tərəfi də dinləməyə hazırıq...
Cavid Qurbanovun bu müavini yeyintidə ittiham olunur - Zərdablılar şikayət edir
Cavid Qurbanovun bu müavini yeyintidə ittiham olunur - Zərdablılar şikayət edir
Cavid Qurbanovun bu müavini yeyintidə ittiham olunur - Zərdablılar şikayət edir
Cavid Qurbanovun bu müavini yeyintidə ittiham olunur - Zərdablılar şikayət edir
Cavid Qurbanovun bu müavini yeyintidə ittiham olunur - Zərdablılar şikayət edir
Cavid Qurbanovun bu müavini yeyintidə ittiham olunur - Zərdablılar şikayət edir

Şərhlər

XƏBƏR LENTİ