SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Zərdabın icra başçısı ilə DSMF sədrinin müdhiş şərikli korrupsiyası

Zərdabın icra başçısı ilə DSMF sədrinin müdhiş şərikli korrupsiyası

Tarix:

30-05-2017, 09:03

/ 38 300 dəfə oxundu.
Zərdabın icra başçısı ilə DSMF sədrinin müdhiş şərikli korrupsiyası

“Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Zərdab rayon Şöbəsinin müdiri Canpolad Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənə məxsus evə bitişik ərazidə qanunsuz tikili aparması sənədlə təsdiq edilsə də, Zərdab Rayon İcra Hakimiyyəti heç bir tədbir görmür”.
Bu sözləri Zərdab rayon sakini Mirzəyev Rövşən Cəfər oğlu şikayət məktubunda yazıb.
Onun sözlərinə görə, Canpolad Vəliyev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevlə qohumdur:
“Həmçinin, idarədən talan etdiyi pulun çox hissəsini icra başçısına ötürdüyü üçün ona rayonda “gözün üstə qaşın var” deyən yoxdur.
Canpolad Vəliyevin qanunsuz tikinti işi aparmasını Zərdab rayonunun baş memarı Sahid Əhmədovun imzası ilə mənə göndərilən 15 yanvar 2016-cı il tarixli cavab məktubunda qeyd edib.
Həmin cavab məktubunda qeyd edilib: “Araşdırma zamanı C.Vəliyev tərəfindən yaşadığı mənzilə bitişik metal dirəklər üzərində əlavə yerləşən (otaq və ya balkon) inşa olunduğu müəyyən edilmişdir.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən torpaq sahəsi üzərində mülkiyət, icazə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq lisenziya olan müəssisə tərəfindən təsdiq olunmuş tikinti lahiyəsi olamadan aparılan tikinti işləri qanunsuz sayılır”.
Canpolad Vəliyevin yaşadığı mənzildə bitişik olaraq inşa etdiyi tikintiyə aid olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd və müvafiq lisenziyası olan müəssisə tərəfindən təsdiq olunmuş tikinti layihəsi olmadığı üçün inşa etdiyi tikili qanunsuz hesab olunub.
Şikayətçi yazır: “Bu konkret sübutdur ki, dövlət qulluqçusu olan DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək belə bir qanunsuzuzluğa əl qoymuşdur.
Lütfəli Babayev tədbir görmək əvəzinə mənə belə bir obyektiv cavab verildiyindən xəbər tutan kimi baş memar Sahid Əhmədovu cəzalandırmış, onu otağına çağırıb təhqir edərək qovmuşdur.
Zərdabda dövlət qanunlarını məmurlar qəsdən pozurlar. Onlar adi vətəndaşlara nümunə olmaq əvəzinə qanunsuz fəaliyyətlə məşğul olurlar. Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirəm.
Cənab Prezident, xahiş edirəm Zərdab rayonunu öz yarıtmaz fəaliyyəti ilə iflic edən icra başçısı Lütvəli Babayev və DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevin barəsində ciddi tədbirlər görəsiniz”.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ