SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Kürdəmir DSMF-də özbaşınalıqlar bitib-tükənmir

Kürdəmir DSMF-də özbaşınalıqlar bitib-tükənmir

Tarix:

23-01-2017, 10:07

/ 4 123 dəfə oxundu.
Kürdəmir DSMF-də özbaşınalıqlar bitib-tükənmir

Bildiyimiz kimi Azərbaycanda mövcud olan dövlət orqanlarında kifayət qədər neqativ hallar, özbaşınalıqlar və korrupsiya halları mövcuddur. Belə dövlət orqanlrından biri də DSMF-nin yerli rayon şöbələridir. Söz açacağımız DSMF-nin Kürdəmir rayon şöbəsidir. DSMF-ni Kürdəmir rayon şöbəsi barədə dəfələrlə nazir Səlim Müslümova müraciət olunsa da nazir heç bir şikayətə cavab vermir. DSMF-nin Kürdəmir rayon şöbəsinə nazir Səlim Müslümovun öz yaxın qohumu Əlyunis Mütəllimov rəhbərlik edir. Bu idarə kənardan normal bir dövlət müəssisəsini xatırlatsa da daxilində hər cür ağıla gələ biləcək çirkin işlərlərlə məşğul olurlar. Götürək pensiya sektorunu. Birincisi pensiya sektorunda çalışan məsul işçilər , yəni məsləhətçilər hər biri rüşvətlə, “kimlərinsə tapşırığı” ilə işə qəbul edilən səriştəsiz, vətəndaşlara qeyri-etik davranışları ilə seçilən işçilərdən ibarətdir. İkincisi pensiya sektoru idarənin “onurğa sütunu” hesab edilir. Ona görə onurğa sütunu hesab edilir ki, nazirliyin yüksək vəzifəli şəxslərini bu pensiya sektoru “dolandırır”. Burada ciddi korrupsiya faktları mövcuddur. Kürdəmir rayonunda heç kimə sirr deyil ki, pensiya yaşına çatmış , lakin müvafiq əmək stajı olmayan vətəndaşlar əmək pensiyası ala bilmək üçün 3-5 min manat rüşvəti pensiya sektorunun işçilərinə təqdim edirlər. Saxta pensiyasının düzəldilməsi yolu ilə əldə edilən rüşvətin müəyyən bir faizi nazirliyin rəhbər işçilərinə təqdim edilir. Və yaxud da idarədə yoxlama apırılan zaman nazirliyə külli miqdarda rüşvət təqdim edilir ki, qanunsuz pensiya təyinatlarına göz yumulsun.

Həmçinin sosial müavinətlər sektoru da olduqca bərbad gündədi. Vətəndaşlara təyin olunan birdəfəlik müavinətlərin bir hissəsi sektroun məsləhətçiləri Hamil Hidayətov və Ramil Mürsəlov tərəfindən məcburi şəkldə mənimsənilir. Vətəndaşların maarifsizliyindən, məlumatsızlığından istifadə edərək DSMF-nin Kürdəmir rayon şöbəsində hər cür fırıldaqla məşğul olurlar.

Gəlirlər sektorunda mövcud olan “maxinasiya” da digər sektorlardakından heç də geri qalmır. Sektor müdiri Şahin İsmiyevin bilavasitə diqtəsi ilə sahibkarlardan yığılan sığorta haqlarının bir hissəsi dövlət büdcəsinə keçirilsə də , böyük bir hissəsi sektorun məsləhətçilərinin ciblərinə gedir həmin pullar. Həmçinin vətəndaşlara dövlət sosial sığorta şəhadətnaməsinin , sığorta edənin uçot nömərsinin verilməsinə görə də “haqq” alınır. Halbu ki, bunların verilməsinə görə heç bir haqq tələb edilməməlidir.

Fondun işçiləri həmçinin sosial yardım almaq istəyən vətəndaşların sənədlərini VEMTAS-a daxil edilməsi və sosial yardım təyin olunacağı təqdirdə 600-1000 manat məbləğində rüşvət alırlar.

Bütün bunlar müdir Əlyunis Mütəllimovun, fondun müavini və sektor müdirlərinin diqətəsi altında reallaşır. Əldə olunan məlumata görə Ə.Mütəllimov dəfələrlə işçilrinə bildirib ki, “nə bilirsinizsə eləyin, mən heç kimdən, heç bir şikayətdən qorxmuram. Arxamda nazir Səlim Müslümov dayanıb, işinizdə olun. Bizə heç kim heç nə edə bilməz.

Artıq DSMF-nin Kürdəmir şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308, 309 və 311-ci maddələri əsas verir ki, fondun hər bir işçilərinə cinayət işi açılsın. Azərbacan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təcili olaraq DSMF-nin Kürdəmir rayon şöbəsində araşdırma aparılmasını tələb edirik.

Şərhlər

XƏBƏR LENTİ