SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Quba ədliyyəsində rəzalət: məmur qadına nə təklif edib?

Quba ədliyyəsində rəzalət: məmur qadına nə təklif edib?

Tarix:

23-01-2017, 09:11

/ 2 058 dəfə oxundu.
Quba ədliyyəsində rəzalət: məmur qadına nə təklif edib?

Ədliyyə Nazirliyinin Quba Rayon İcra Şöbəsində vətəndaşların probleminə laqeyd münasibət sərgilənir

Bu barədə Xaçmaz rayon sakini Gülnar Xudaverdiyeva məlumat verib.

Onun sözlərinə görə, icra şöbəsinin əməkdaşları heç kimi saymır, rüşvət və əxlaqsız təkliflər belə etməkdən çəkinmir:

“11.11.2015-ci il tarixdə Quba rayon sakini Xudaverdiyev Rahil Rəşid oğlundan məhkəmə qərarı əsasında boşandıq.

Bu evlilikdən iki uşağımız olub. Onların saxlanılması üçün məhkəmənin qərarı ilə R.Xudaverdiyev gəlirlərinin üçdə bir hissəsini aliment ödəməlidir. Ancaq indiyə qədər borc ödənilməyib və 8 min manata yaxınlaşıb.

Bu işlə məşul olan Ədliyyə Nazirliyinin Quba Rayon İcra Şöbəsi konkret heç bir iş görmür. İcra şöbəsinin əməkdaşı Rauf adlı şəxs qəsdən məsələni uzadır, süni əngəllər yaradır. Şikayət və tələblərimə baxmayaraq, icra məmuru hər dəfə cavabdeh tərəfi müdafiə edir, ona haqq qazandırır”.

Məlumata görə, icra məmuru G.Xudaverdiyevaya əxlaqsız təklif edib:

“Rauf bu işin düzəlməsi üçün məndən rüşvət tələb edir və mənimlə təkbətək görüşmək istədiyini deyib. Buna qəti etiraz etdikdən sonra isə mənə hədə-qorxu gəlib. İcra məmurunun bu hərəkətlərinə görə Ədliyyə Nazirliyinə müraciət etmişəm.

Övladlarımı saxlamaqda çox çtinlik çəkirəm, vəziyyətim olduqca acınacaqlıdır. Hər dəfə haqqımı tələb etdikdə şöbənin rəisindən tutmuş icra məmuruna qədər məni hədələyiblər, polislə qorxu gəliblər”. Qarşı tərəfi dinləmyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ