SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Başçının qaynından qandonduran cinayət: Qorxmaz Hüseynov hara baxır? - Fakt

Başçının qaynından qandonduran cinayət: Qorxmaz Hüseynov hara baxır? - Fakt

Tarix:

9-05-2017, 09:53

/ 59 846 dəfə oxundu.
Başçının qaynından qandonduran cinayət: Qorxmaz Hüseynov hara baxır? - Fakt

Ucar rayon Su Kanal İdarəsinin müdiri Asif Şirinovun yaratdığı özbaşınalığın nəticəsində rayon sakinləri çirkablı sudan istifadə edirlər
Bu haqda daha əvvəl məlumat verilsə də, nəticəsi olmayıb. İdarə müdiri öz əməllərini davam etdirir. Ona görə məsələ təzədən ictimailəşib. Görünür ki, ona heç kəs bata bilmir.
Müraciət edən sakinlər prezidentə öz dərd-sərini eşitdirmək istəyirlər. Onların sözlərinə görə, Ucarın icra başçısı Mənsur Məmmədov və “Azərsu” prezidenti Qorxmaz Hüseynov tədbir görmür.
Ucar rayon Su Kanal İdarəsində nəzarətsizlik nəticəsində sakinlərin krantlarından içməli su ilə xırda balıqlar, qurbağalar, qurdlar və zir-zibil gəlir ki, bu da əhalinin sağlamlığını ciddi təhlükə qarşısında qoyub.
Sakinlər yazır ki, Ucar rayonunda Su Kanal İdarəsinin fəaliyyətini iflic edən Asif Şirinov yeznəsi Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarova arxayın olaraq korrupsiya əməlləri ilə məşğul olur:
“Korrupsiyaya qurşanmış Asif Şirinov dövlətin ayırdığı vəsaiti atasının malı kimi talan edib özünə var-dövlət əldə etmişdir.
Bakı şəhərində bir neçə mənzillərə, bahalı avtomobillərə, mal-qoyun fermalarına, hektarlarla torpaq sahələrinə, ticarə obyektlərinə sahib olan Asif Şirinovun yarıtmaz fəaliyyətindən Ucar sakinləri çox əziyyət çəkirlər.
Rayonun kanalizasiya sisteminin yenidən qurulmasına baxmayaraq işləmir, nəticədə üfunət iyi, antisanitariya mənbəyinə çevrilmişdir.
Çıxılmaz bir vəziyyətdə qalmışıq. Hacıqabul rayonunu 10 ildir zəlil etmiş icra başçısı Əhməd Muxtarovun qohumu Asif Şirinov isə Ucar sakinlərini zülmə salıb”.
Mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edən ucarlılar dövlətin ayırdığı vəsaiti talan edib sakinlərə çirkab, murdar, zibilli su içirdən, rayonda təhlükəli xəstəlikləri yayan Ucar Su Kanal İdarəsinin müdiri Asif Şirinovun barəsində ciddi tədbirlər görülməsini tələb edir.
Rayon ərazisində quraşdırılmış elektron onlayn ödəmə aparatlarında sakinlər içməli sudan istifadə etmək üçün ödəniş edirlər.
Ancaq Ucar Su Kanal idarəsinin müdiri Asif Şirinovun qurduğu kələyə görə sayğaclarda bu ödəmə göstərilmir, ödənilən pulları isə geri qaytarmaq olmur.
Belə saxtakarlıqla Asif Şirinov küllü miqdarda pullar mənimsəyir. Asif Şirinova korrupsiya əməllərinə görə «gözün üstə qaşın var" deyən yoxdur.
O da bu fürsətdən istifadə edib min bir hoqqalardan çıxır. Ucar rayon Su Kanal İdarəsinin müdiri Asif Şirinov sakinləri içməli suyla təmin etmək əvəzinə, onlara qrunt , çirkab suları verir.
Bu da insanların sağlamlıqları üçün çox təhlükəlidir. Ucar rayonunun bir çox küçələrində insanlar susuzluqdan əziyyət çəkir. Camaat rayonda Kərbəla müsibəti yaşamaq məcburiyyətində qalıb.

Ucar rayon sakinləri:

İbrahimov Vahid Məmməd oğlu

Abdullayev Vasif Əkbər oğlu

Məmmədov Vəli Qiyas oğlu

Kərimov Paşa Qulu oğlu

Şərhlər

XƏBƏR LENTİ