SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ulu öndərin əziz xatirəsi Bərdədə yad edildi - FOTOLAR

Ulu öndərin əziz xatirəsi Bərdədə yad edildi - FOTOLAR

Tarix:

8-05-2017, 19:30

/ 62 682 dəfə oxundu.
Ulu öndərin əziz xatirəsi Bərdədə yad edildi - FOTOLAR

05-08 may 2017-ci il tarixlərdə Bərdə şəhər stadionunda Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şəhər məktəblərinin oğlanlardan ibarət komandaları arasında futbol turniri keçirilmişdir. Turnirdə 8 komanda iştirak etmişdir.

xalqxeber.az xəbər verir ki, Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Turniri giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov açaraq ümummilli liderin azərbaycan idmanına göstərdiyi xüsusi diqqət və qayğıdan, idmanın müxtəlif növlərinin inkişafı üçün qəbul edilmiş proqramlardan danışdı və qeyd etdi ki, bu siyasət bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan bayrağı mötəbər beynəlxalq yarışlarda ən yüksəklərdə dalğalanır. Artıq Azərbaycan dünya səviyyəli idman yarışlarına ev sahibliyi edir. ”Formula-1” yarışları, I Avropa Oyunları və qarşıdan gələn İslam Həmrəyliyi oyunları buna bariz nümunədir.

Təhsil şöbəsinin metodisti Anar Rəsulov çıxış edərək Azərbaycan və Bərdə idmançılarının beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərdən, rayonda keçirilən müxtəlif idman yarışlarından danışdı.

Yarışı baş hakim Vaqif Süleymanov rəhbərliyi ilə hakimlər briqadası idarə etmişdir.

Komandalar püşkatma yolu ilə 2 yarımqrupda mübarizə aparmışlar. Finalda B.Əjdəroğlu adına YeniƏyricə kənd və şəhər 8 №li tam orta məktəblərin komandaları görüşmüşlər. Daha güclü oyun nümayiş etdirən B.Əjdəroğlu adına YeniƏyricə kənd və tam orta məktəbin komandası I yeri, şəhər 8 №li tam orta məktəbin komandası II yeri, III yeri isə Azərbaycanın Milli Qəhrəmanı E. Kərimov adına şəhər 4№li tam orta məktəbin komandası tutmuşdur.

Qalib komandalar ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş rayon tədbirində təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyələri ilə mükafatlandırılacaqlar.
Ulu öndərin əziz xatirəsi Bərdədə yad edildi - FOTOLAR
Ulu öndərin əziz xatirəsi Bərdədə yad edildi - FOTOLAR
Ulu öndərin əziz xatirəsi Bərdədə yad edildi - FOTOLAR
Ulu öndərin əziz xatirəsi Bərdədə yad edildi - FOTOLAR
Ulu öndərin əziz xatirəsi Bərdədə yad edildi - FOTOLAR
Ulu öndərin əziz xatirəsi Bərdədə yad edildi - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ