SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lənkəran icra başçısının xanım müavini haqda ilginc iddialar +FOTOLAR

Lənkəran icra başçısının xanım müavini haqda ilginc iddialar +FOTOLAR

Tarix:

24-04-2017, 17:42

/ 98 780 dəfə oxundu.
Lənkəran icra başçısının xanım müavini haqda ilginc iddialar +FOTOLAR

Lənkəran rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva haqda ilginc məlumatlar yayılıb. Həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:
“R.Əliyeva vəzifə səlahiyyətindən istifadə edərək, uşaq baxçalarını və digər müəssisələri talamaqda davam edir. Hətda uşaq baxçalarına müdir təyinatını R. Əliyeva həyata keçirir. Etibarlı mənbənin verdiyi məlumatlara əsasən bildirilir ki, icra başçısı bütün səlahiyyətləri xanım müavininə həvalə edib. Bunun müqabilində “kassir” rolunu həyata keçirən Rəsilə Əliyeva qarşılıqlı şəkildə başçının “etimadını” doğruldur. Əldə etdiyimiz məlumatlarda daha sonra vurğulanır ki, uşaq baxçasına müdür təyinat 20 0000 AZN başa gəlir. Əlbətdə ki, qoyular məzəndə R. Əliyevanın deyil, birbaşa Lənkəran ŞİH başçısı Taleh Qaraşovun sifarişidir.
Xatırladaq ki, qeyd etdiyimiz məlumatı Rasilə xanım özüdə təsdiq edib. Digər bir məlumatda isə vurğulanır ki, Rasilə Əliyevə Lənkəran şəhərində söz sahibidir. Lənkəranda elə bir müəssisə rəhbərliyi ola bilməz ki, R. Əliyeva ilə hesablaşmasın. “Qanunlara” tabe olmayan şəxs dərhal vəzifəsindən uzaqlaşdırılır. Xanım müavinin övladı Əliyev Arif Faiq oqlu heç bir abuturiyent kitablarında adı olmadığı halda, Polis Akademiyasında hansı haqla təhsil alır?
Lənkəranda baxça və digər müəssisə rəhbərləri başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva tərəfindən “yüklənilir”. Belə ki, başçının müavini qazanc məqdəsi ilə bəzi baxça müdirlərini vəzifədən kənarlaşdırır. Səbəb isə müdir və müavin arasında anlaşılmayan pul məsələləri bildirilir. Bu barədə redaksiyamıza adını hallanmağını istəməyən keçmiş baxça müdürəsi məlumat verib. Onun dediyinə görə R. Əliyeva topladığı vəsaiti Lənkəranda obyekt inşa etdirir. Obyektlərin inşası qeyri-qanuni olduğu üçün bir müddət dayandırılib. Fotolardan aydın görünür ki, dəniz kənarında inşa etdirilən obiyeklər siradan bir şəxsin ola bilməz. Əslində, icra başçısı və müavin arasında “razılaşma” ikincinin söz sahibinə çevrilməsinə gətirib çıxardıb. Bir vaxtlar 4 saylı orta məktəbdə adi müəllimə işləyən R. Əliyeva, bu gün obyektlər, mülklər əldə etmək üçün lazımı imkanlar qazanıb. Lənkəranda “Burda mənəm Bağdadda kor xəlifə” pirinsipi ilə vəzifə səlahiyyətlərini aşan R. Əliyevaya dur deyən cəsarətli şəxs yoxdur.
Araşdırmalarımız davam edir”

reportyor.org
Lənkəran icra başçısının xanım müavini haqda ilginc iddialar +FOTOLAR
Lənkəran icra başçısının xanım müavini haqda ilginc iddialar +FOTOLAR
Lənkəran icra başçısının xanım müavini haqda ilginc iddialar +FOTOLAR
Lənkəran icra başçısının xanım müavini haqda ilginc iddialar +FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ