XalqXəbər.Az

ƏZİZ ƏZİZOVUN AVTOMOBİL KOLLEKSİYASI-FOTO

ƏZİZ ƏZİZOVUN AVTOMOBİL KOLLEKSİYASI-FOTO
13-04-2017, 14:52

Daxil olan məlumatda qeyd edilir ki, Cəlilabad rayonunun 12 ildir icra başçısı olan Əziz Əzizov təkcə rayonda torpaqları zəbt etmək, çörək zavodu açmaqla məşğul olmayıb.İcra başçısı eyni zamanda da, bahalı avtomobil xəstəsidir.Cənab Əzizov daha çox alman istehsalı avtomobillərə həvəs edir.Elə fotolardan görünür ki,icra başçısı qiyməti yüzmin manatlarla ölçülən avtomobillərdən kolleksiya yaradıb.
Qeyd edək ki, Hesablama Palatası ilin yekunları ilə bağlı açıqlamasında Cəlilabad Rayon İcra Hakimiyyətində 400 yüz min manatdan çox kəsir ortaya çıxıb. Belə bir yeyinti ilə bağlı isə Əziz Əzizov bir az belə narahat olmayıb.
Çünki, daha çox öz şəxsi biznesini quran başçı üçün 400 yüz min elə də, böyük pul sayılmır.
Dəbdəbəli həyat sürən Əziz Əzizovun belə avtomobillər sahibi olması isə onun nə qədər dəbdəbəyə meyilli olmasından xəbər verir.

Vətəninfo
ƏZİZ ƏZİZOVUN AVTOMOBİL KOLLEKSİYASI-FOTO
ƏZİZ ƏZİZOVUN AVTOMOBİL KOLLEKSİYASI-FOTOскачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.