XalqXəbər.Az

İMİŞLİDƏ BƏLƏDİYYƏ SƏDRİ PREZİDENT-in ŞƏKLİ OLAN QƏZETİ BAŞ REDAKTORUN SİFƏTİNƏ ÇIRPDI-audio

İMİŞLİDƏ BƏLƏDİYYƏ SƏDRİ PREZİDENT-in ŞƏKLİ OLAN QƏZETİ BAŞ REDAKTORUN SİFƏTİNƏ ÇIRPDI-audio
12-04-2017, 13:32

Rəsullu, Yalavac, Şahverdili kənd birləşmiş bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Məryəm Şahverdiyevanın heç bir təmənna güdmədən, pulsuz payladığı qəzetin birinci səhifəsində ölkə başçısı İlham Əliyevin şəklinin olmasına baxmayaraq, qəzeti əlləri ilə əzərək jurnalistin sifətinə çırpıb.
Bir müddət öncə İmişli rayon Rəsullu, Yalavac, Şahverdili kənd birləşmiş bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Rəsullu kənd sakinləri Şükürov Şahverdi Mehdi oğlunun və Şükürov Hikmət Fikrət oğlunun üstünə silah çəkməklə gündəmə gəlmişdi. Daha sonra qanunsuz torpaq satışı ilə bağlı yenidən mediada “gündəm” yaradan bu şəxs, ötən gün əyalət qəzetlərindən birinin baş redaktoru, şairə Məryəm Şahverdiyevanın heç bir təmənna güdmədən, pulsuz payladığı qəzetin birinci səhifəsində ölkə başçısı İlham Əliyevin şəklinin olmasına baxmayaraq, qəzeti əzərək jurnalistin sifətinə çırpıb.
Onu da xatırladaq ki, yazıçı – jurnalist Məryəm Şahverdiyeva uzun müddətdir ki, qara ciyər serrozundan əziyyət çəkir. 32 kitab müəllifi olan yazıçı – jurnalist ötən gün Xeberdar.net-ə audio – müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.