SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Rüşvət və korrupsiya Ağdam təhsilini “yeyir”

Rüşvət və korrupsiya Ağdam təhsilini “yeyir”

Tarix:

12-04-2017, 10:00

/ 60 805 dəfə oxundu.
Rüşvət və korrupsiya Ağdam təhsilini “yeyir”

Bu rayonda məktəb direktoru olan qadınların çantaları , kişilərin isə corabları yoxlanılır

Rüşvət, qanunsuzluq, özbaşınalıq, haqsızlıq hamısı bu rayondadır.
Ölkənin ən biabırçı təhsil idarəçiliyi , məhz bu rayona məxsusdur. Söhbət Ağdam rayonunun təhsil sistemindən gedir. Baxça müdiri Mətanət Misirxanovanın Ağdam Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilməsindən sonra vəziyyət rəzalətə çevrilib. Rüşvət əvvəl bir idisə , indi beşə qalxıb. Bu sahədə kifayət qədər səriştəsi olmayan xanım Misirxanova , Təhsil Şöbəsini bazar qaydaları ilə idarə edir. 135 məktəb 500 manat rüşvət 67.500 manat pul Mətanət Misirxanova Ağdam Rayon Təhsil Şöbəsinə rəhbər vəzifəyə gətirilməsinin iki ili tamam olmayıb. Amma yığdığı rüşvətlər dodaq uçuqladır. Direktorlar Misirxanovanın əlindən qan ağlayır. Çünki, verəcəkləri rüşvətə maaşı çatmayanlar , banklardan kredit götürüblər.

Hər məktəbdən 500 manat
Müraciət edən Ağdam təhsil işçiləri deyir ki, martın 8-də hər bir məktəbdən 500 manatdan pul yığılıb: “135 məktəbdən 500 manat yığılanda , 67 min 500 manat edir. Bir dəfəyə bu qədər yığılan pul fantastikadır. Bir ay ərzində 87 min 750 manat rüşvət…”
Şikayətçi direktor heyəti bildirir ki , mart ayı üçün rüşvət bununla yekunlaşmayıb. Bir həftə keçməmiş 150 manat yığılmağa başlayıb :” Üstündən bir həftə keçməyinə imkan vermədilər. Qoymadılar nəfəs alaq. Mətanət müəllimə bizi çağırdı ki , Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov , quruculuq və abadlıq işləri üçün 150 manatdan pul yığılmasını tələb edir. Hər direktor verməlidir. Bu da 135 məktəbdən 150 manatla , 20 min 250 manat edir. Rüşvətdən və özbaşınalıqdan cana doymuşuq. Bilmirik evimizə bir tikə çörək aparaq yoxsa bunların cibini dolduraq”.
Narazı direktorlar əlavə edir ki, artıq aprelin rüşvət planı da hazırlanıb. Belə ki , aprel ayında məktəb direktorlarının işə qəbulu keçiriləcək. Həmin direktorlara Rayon İcra Hakimiyyəti tərəfindən rəy veriləcək. Rəyin qiyməti isə 200 manat məbləğində rüşvətlə müəyyən edilib.Qeydiyyata alınan namizədlər isə 40 nəfərdir. Bu isə 8 min manat edir. Buradan belə nəticəyə gəlmək olar ki, direktorlara işə girməmişdən qabaq, rüşvətxorluq aşılanır. Direktorlar düşdükləri vəziyəti feodalizm dövrü ilə müqayisə edirlər :”Biz feodalizm dövrünü tarix kitablarından oxuyurduq. Öz başımıza gələndə əslində gördük ki, feodalizm dövrü bizim rayonda-Ağdamda davam edir. Kəndlilər feodala töycü verirdilər. Onun üçün əvəzi ödənilməyən işlər görür, yəni biyara gedirdilər. İndi biz də, o vəziyyətdəyik. Bunlara töycü veririk. Niyə hansı səbəbə görə bilinmir. Sadəcə ödəyirik. İşimizi itirməmək, çörəyimizi qazanmaq, balalarımızın ac qalmaması üçün. Övladlarımızın boğazından kəsib Misirxanovanın qarnın doydururuq”.

Qadın direktorların çantası kişilərin corablarını yoxlayırlar
Direktorlar bildirir ki, baş verən rəzalətlər bununla kifayətlənmir. Təhsil nazirliyinin əməkdaşının etdiyi özbaşınalıqlar da sərhəd tanımır. Onlar Ağdam Təhsilində bu cür zülümün heç vaxt görülmədiyini deyirlər :” Mətanət Misirxanova Təhsil Nazirliyinin Daxili Nəzarət idarəsinin Ağdam rayonundakı əməkdaşı Məhəmməd Aslanovla iş birliyi əsasında “soyğunçuluğu” həyata keçirir. Məktəbimizdə saxtakarlığın olduğunu deyir və bu əsasla Məhəmməd Aslanovu üstümüzə göndərir. O da gəlib biabırçı formada yoxlama adı ilə bizi təhqir eliyir. Onun apardığı yoxlama isə heç bir normaya sığmır. Yoxlama adı ciblərimizi yoxlayır. Qadınların çantasını, kişilərin corablarını yoxlayır. Dünyanın heç yerində belə bir hal görülməyib. Bu adam bizim şərəfimizlə, ləyaqətimizlə oynayır. Mətanət Misirxanovaya Məhəmməd Aslanovun elədikləri ilə bağlı məlumat veririk. O da deyir ki, 5000-10000 gətirin verim ona, sizdən əl çəksin”.

“Verdiyiniz pullar Kənan Quliyevə çatır”
Kiçik bir araşdırma zamanı məlum oldu ki, Təhsil Nazirliyinin Daxili Nəzarət idarəsinin Ağdam rayonundakı əməkdaşı Aslanov Məhəmməd Rafiq oğlunun özbaşınalıqları, haqsızlıqları, heç bir əsas olmadan təhsil işçilərinin “rüşvət alırsan” ittihamı ilə hədələməsi gün keçdikcə daha da ciddiləşir. Özbaşınalıqları barədə aidiyyəti qurumlara müraciət edilsə də, heç bir nəticəsi yoxdur :”Bu haqda özünə də, etirazımızı bildirmişik. Deyir ki, Təhsil Nazirliyinin Daxili Nəzarət idarəsinin rəisi Kənan Quliyev ona xüsusi səlahiyyət verib ki, qadın müəllimlərin əl çantasını yoxlasın, məktəb direktorunun və digər səlahiyyətli işçilərin iş otağını, seyflərini yoxlasın. 14 saylı qəsəbə orta məktəbin sabiq direktoru Elman Abbasovun qanunsuz olaraq seyfini, ciblərini corablarını yoxlayıb. Guya ordan rüşvət siyahısı taparaq direktorun işdən azad olunmasına nail oldu. 30 mart 2017-ci il tarixdə eyni əməli 10 saylı ərazi hesablaşma mərkəzinin mühasibi Mirzəyev Faiq Nurəddin oğlunun iş otağında da edib. M.Aslanov Faiq Mirzəyevin iş otağına gələrək salam vermədən “sən rüşvət yığırsan” və sənin otağında yoxlama aparacam deyərək Faiq Mirzəyevə zor tətbiq edib. Etik normalara əməl etmədən, iş otağındakı seyfi və şakafları icazəsiz olaraq yoxlayıb, Mirzəyevə məxsus qeydiyyat kitabını götürüb. Yaranmış vəziyyətlə əlaqədar, Faiq Mirzəyev hüquqlarının pozulması ilə əlaqədar hüquq mühafizə orqanlarına və Təhsil nazirliyinə M.Aslanovun qanunsuz əməlləri barədə şikayət edib. Məhz bu şikayətə görə 10 saylı ərazi hesablaşma mərkəzinin rəisi Malik Vəliyev Faiq Mirzəyevə zəng edərək “ sən ya şikayətini geri götür, yada ki, işdən azad olunacaqsan” deyərək xəbərdarlıq edib. Təhsil Nazirliyindən Kənan Quliyev zəng edərək mənə tapşırıq verib ki, Faiq Mirzəyev şikayətini geri götürmədiyi halda onu dərhal vəzifəsindən çıxart. Malik Vəliyev dediyi kimi də Faiq Mirzəyevi qanunsuz olaraq işdən azad edib “.
Faiq Mirzəyevin çıxarılmasının səbəbi də məlum olub. Belə ki Misirxanova öz adamı olan Samirə Məmmədovanı F.Mirzəyevin yerinə təyin etmək üçün bu cür yola əl atıb. Bunun üçün də, ən effektiv variant Məhəmməd Aslanov olub. Bunun qarşılığında Məhəmməd Aslanova yüksək məbləğdə razılaşması olub. Şikayətçi təhsil işçiləri bildirir ki, M.Aslanov dəfələrlə belə şantaj və böhtanla “onun tələbinə” əməl etməyən müəllim və məktəb direktorlarının işdən çıxarılmasına nail olub.
günüsesi.info

Şərhlər

XƏBƏR LENTİ