SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqan ƏSMM-də qalmaqal - Anar Vəliyevin başı dərddə

Beyləqan ƏSMM-də qalmaqal - Anar Vəliyevin başı dərddə

Tarix:

4-04-2017, 14:24

/ 43 010 dəfə oxundu.
Beyləqan ƏSMM-də qalmaqal - Anar Vəliyevin başı dərddə

Mərkəz müdiri çıxılmaz vəziyyətdə qalıb

Bir çox vətəndaşın sosial yardımının kəsilməsi Beyləqan rayon ƏSMM-in müdiri Anar Vəliyevə ciddi problem yaradıb. Bu barədə Beyləqandan məlumat verilib.

Belə ki, sosial yardımın düzəldilməsi üçün əvvəlcədən vətəndaşlardan bir neçə aylıq yardımı nəğd şəkildə alan mərkəz müdiri indi çıxılmaz vəziyyətdə qalıb. Rayon sakinləri iddia edirlər ki, sosial yardımı kəsilən xeyli sayda vətəndaş Anar Vəliyevdən əvvəlcədən verdikləri pulları geri istəyir. Mərkəz müdiri isə ümumilikdə 150-dən çox şəxsdən əvvəlcədən pul alıb.

Məlumatda vurğulanır ki, Anar Vəliyev ondan pulunu tələb edən şəxlərə səbirli olmalarını və yaxın günlərdə sosial yardım məsələsini həll edəcəyini bildirir. Pulları əvvəlcədən alınan şəxslər də sosial yardımlarının düzəldilməsini istəyirlər.

Mərkəz müdiri isə qeyd etdiyimiz məsələnin səs-küysüz həll edilməsinə çalışır. Çünki sosial yardım adı ilə əvvəlcədən pulları alınan vətəndaşlar nazir Səlim Müslümova və aidiyyatı orqanlara kütləvi şəkildə şikayət etsələr, bu zaman Anar Vəliyevin aqibətinin necə olacağını əvvəlcədən anlamaq mümkündür. Bu səbəbdən də ƏSMM müdiri problem yuxarılara çatmadan məsələni həll etməyə çalışır. Bu məqsədlə o, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki himayəçilərinə də məlumat verib.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

milliyol

Şərhlər

XƏBƏR LENTİ