SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şamaxıda yerli məmurlar və icra başçısı zəlzələdən ziyan çəkən ailənin taleyi ilə marağlanmır - MÜRACİƏT

Şamaxıda yerli məmurlar və icra başçısı zəlzələdən ziyan çəkən ailənin taleyi ilə marağlanmır - MÜRACİƏT

Tarix:

18-11-2019, 16:45

/ 1 108 dəfə oxundu.
Şamaxıda yerli məmurlar və icra başçısı zəlzələdən ziyan çəkən ailənin taleyi ilə marağlanmır - MÜRACİƏT

Şamaxıda yerli məmurlar və icra başçısı zəlzələdən əziyyət çəkən bizlərə biganə yanaşır"
Beləki, ki, 2019-cu ilin fevralında 5-6 bal gücündə zəlzələ zamanı Şamaxı rayonunda xeyli yaşayış evinə və təsərrüfat tikililərinə ziyan dəyib. Dövlət başçısının sərəncamı ilə baş vermiş zəlzələdən ziyan dəymiş Şamaxı rayonunda bərpa işlərinin davam etdirilməsinə 2 milyon manat ayrılıb.

Dövlətimizin başçısı cənab İlham Əliyevin Şamaxıya gələrək zəlzələdən zərərçəkənlərlə görüşünün onlarda böyük ümid yaratdığını qeyd edən Şamaxı sakini, Şamaxı şəhəri, C.Məmmədquluzadə küçəsi 10 ünvanında yaşayan Samir Nəbiyev bildirdi ki, “Baş vermiş zəlzələ zamanı evimiz qəzalı vəziyyətə düşdü. Ölkə rəhbəri verdiyi sərəncam və tapşırıqların qısa müddət ərzində icrasının təmin edilməsi və işlərin tezliklə sona çatdırılması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.”

Artıq zəlzələnin baş verdiyi vaxtdan 10 aya yaxın vaxt keçməsinə baxmayaraq, dövlət başçısının verdiyi tapşırıqlar bu günə kimi icrasız qalıb. Zərər çəkənlər Fövqəladə Hallar Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən süründürməçiliyə məruz qalıb,

Samir Nəbiyev Kainat-a müraciət edib. Müraciətində ürəkağrısı ilə qeyd edilib ki, "bu barədə dəfələrlə aidiyyatı qurumlara rəsmi və şifahi qaydada müraciət etməyimə baxmayaraq ailəm və körpə uşaqlarımla birgə hələ də qəzalı vəziyyətdə olan evdə yaşayırıq. Körpə uşaqların nə günahı var axı? Onların talehi heç kimi maraqlandırmır."

Ümid edirik ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bizim müraciətimizdən sonra bu məsələni öz nəzarətlərinə götürəcək, çarəsiz qalan bir ailəni təhlükəli vəziyyətdən xilas edəcəklər.

Samir Nəbiyevin VİDEOMÜRACİƏTİNİ yaxın zamanda sizlərə təqdim edəcəyik.

Şamaxıda yerli məmurlar və icra başçısı zəlzələdən ziyan çəkən ailənin taleyi ilə marağlanmır - MÜRACİƏT


Şərhlər

XƏBƏR LENTİ