SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şirvanda Afət Mirzəyev kabusu – DYP rəisi kimsəsiz uşağı döyərək görün nə hala salıb – İDDİA (video)

Şirvanda Afət Mirzəyev kabusu – DYP rəisi kimsəsiz uşağı döyərək görün nə hala salıb – İDDİA (video)

Tarix:

11-11-2019, 12:39

/ 2 733 dəfə oxundu.
Şirvanda Afət Mirzəyev kabusu – DYP rəisi kimsəsiz uşağı döyərək görün nə hala salıb – İDDİA (video)

Xidmət apararkən, vətəndaşları qəbul edərkən, nəzakətli olmaq lazımdır, vətəndaşları dinləmək lazımdır, səbrli olmaq lazımdır…”

Bu sözləri, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov polis heyətinin qarşısında çıxış edərkən deyib. Nazir bildirib ki, hər bir polis əməkdaşı vətəndaşlara qarşı olduqca səmimi və hümanist olmalıdır. Polisə olunan hər bir şikayətə həssasla yanaşılmalıdır.

Lakin görünən odur ki, cənab nazirin bu sözləri Şirvan şəhər Dövlət Yol Polisinin (DYP) rəisi Afət Mirzəyev üçün elə də keçərli deyil.

Əgər belə olmasaydı o, Şirvan şəhər sakini 1996-cı il təvəllüdlü Heydərov Əlican Fizulu oğlunu döyərək ölümcül hala salmazdı.

“Afət Mirzəyev bacım oğlu Əlican Heydərovun Heydər Əliyev heykəlinin qarşısında, Daxili İşlər Nazirliyinin kamerasının altında döyərək yaman günə salıb. Nə dədəsi var, nə anası, yetim uşaqdır. Bunun yeyəsi yoxdur? Bunun yeyəsi cənab Prezidentimiz, nazirimizdir. Paqonun var deyə, gedib yetim bir uşağı bu hala salmalısan? Ona oğrac deməlisən?”
Bu sözləri isə “RealMedia.az”-ın redaksiyasına göndərilən videomüraciətdə öz əksini tapır. Şirvan şəhər DYP-si bölməsinin rəisi Afət Mirzəyev tərəfindən döyülərək xəstəxanaya yerləşdirilən Əlican Heydərovun dayısı deyir. Onun sözlərinə görə, DYP rəisi bacısı oğlunu şəhərin mərkəzi küçəsində – Heydər Əliyev heykəlinin yaxınlığında, DİN-nin kamerasının altında döyərək, başından və bədəninin müxtəlif hissələrindən xəsarət yetirib.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

RealMedia.az

Şərhlər

XƏBƏR LENTİ