SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gədəbəyin təzə icra başçısı ermənilərin ala bilmədiyi torpaqları maşın-maşın satır

Gədəbəyin təzə icra başçısı ermənilərin ala bilmədiyi torpaqları maşın-maşın satır

Tarix:

7-11-2019, 18:00

/ 1 214 dəfə oxundu.
Gədəbəyin təzə icra başçısı ermənilərin ala bilmədiyi torpaqları maşın-maşın satır

Gədəbəydə torpaqlar təhlükədədir. Bu həmin ərazilərdir ki, mənfur düşmənlərimiz Qarabağ müharibəsi dövründə ələ keçirmək üçün ora can atıblar. Amma bacarmayıblar. İndi isə durum fərqlidir.

AFN xəbər verir ki, düşmənin ələ keçirə bilmədiyi torpaqları maşın-maşın satırlar. Bu işlərə havadarlıq edən şəxs kimi isə rayona cəmi 2 ay əvvəl icra başçısı təyin olunan İbrahim Mustafayevin adı çəkilir. Ortada Gədəbəyin Saratovka kəndinin Spornı deyilən ərazisində torpaqların maşınlara doldurulması əks olunan videolar da var. Video materialı sosial şəbəkələrə yollayan şəxs yazıb ki, ərazidəki texnikalar gecə-gündüz işləyir, texnikalar vasitəsilə qara torpaq daşınır.

Yayılan xəbərlərdən belə aydın olur ki, icra başçısı İbrahim Mustafayevin özbaşınalığına Ekologiya və Təbii Sərvətlər Nazirliyi göz yumur. Nazirlik Gədəbəyin Saratovka kəndindəki torpaq talanına biganə qalır. İbrahim Mustafayev ölkə başçısının aqrar sahəni inkişaf etdirmək çağırışına belə "səs verir". Yayılan videonun altındakı şərhlərdə torpaqların hansısa “şahənşahın” bağına daşındığı haqda rəylər də var.

Gədəbəyin icra başçısı İbrahim Mustafayev torpaq biznesinə girişib.Gədəbəydən bu video materialı göndərən şəxs yazır ki, kadrlarda gördüyünüz bu texnikalar Gədəbəyin Saratovka kəndinin Spornı deyilen ərazisində çəkilib. Ərazıdən gecə gündüz bu texnikalar vasitəsilə qara torpaq daşınır.Ekologiya nazirliyi də bu torpaq talanına biganə qalır.İ.Mustafayev ölkə başçısının aqrar sahəni inkişaf etdirmək çağı rışına belə səs verir.Bu torpaq yəqin ki, hansısa ”şahənşahın"bağına daşınır.

Gədəbəyin təzə icra başçısı ermənilərin ala bilmədiyi torpaqları maşın-maşın satır

Şərhlər

XƏBƏR LENTİ