SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncədə daha bir təhsil ocağında saxta diplom qalmaqalı... - İDDİA

Gəncədə daha bir təhsil ocağında saxta diplom qalmaqalı... - İDDİA

Tarix:

30-10-2019, 10:13

/ 1 048 dəfə oxundu.
Gəncədə daha bir təhsil ocağında saxta diplom qalmaqalı... - İDDİA

Məlumdur ki,bir neçə gün bundan qabaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatları ilə əlaqədar müvafiq məhkəmə qərarları əsasında Gəncə və İsmayıllı şəhərlərində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən kənar ali və orta-ixtisas müəssisələrinə qəbul olmaq hüququ verən, habelə bu növ təhsil müəssisələrində təhsilin tamamlanmasını təsdiq edən rəsmi sənədlərin saxtalaşdırması, qanunsuz hazırlanması və satışı ilə məşğul olan bir qrup Azərbaycan Respublikası vətəndaşının qanunsuz əməlləri ifşa olunub". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Daha sonra məqalə müəllifi yazır: "Belə ki, həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışa qədərki mülki müdafiə kafedrasının müdiri vəzifəsində işləmiş Məmmədov Ələddin Hətəm oğlu və həmin kafedrada laborant vəzifəsində işləyən Qasımov Elmir Müzadil oğlu ,İmamquliyev Azər Arif oğlu bu qanunsuz işlərlə bağlı saxlanılmışlar.Onlardan ayrı-ayrı şəxslərin adlarına yazılmış müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları və sair sənədləri aşkar olunaraq götürülüb.

Bu şəxslərin ifşa olunmasına baxmayaraq bunların bir neçəsi hələ də azadlıqda gəzir.Bu şəxslər də həmin mütəşəkkil dəstənin üzvlərindəndir.Bu şəxslər Azərbaycan Dövlət Aqrar Universitetinin Ekologiya mühəndisliyi və meşəçilik kafedrasının dosenti Musa Bayramov və həmin universitetin Torpaqşünaslıq və aqrokimya kafedrasının dosenti Namiq Hüseynovdur.Hər

iki şəxs müxtəlif sənədləri saxtalaşdırmaqla bərabər,həm də qanunsuz tələbə qəbulları həyata keçirirlər.Beləliklə,Musa Bayramov,həm də Namiq Hüseynov əlaqə yaratdıqları tələbələrə göstəriş verir ki,imtahan zamanı cavab kartında heç nə yazmasınlar ,cavab kartını ağ şəkildə təhlil versinlər.Beləliklə,qəbul imtahanında bu iki şəxsin xeyir duası ilə müvafiq məbləğ qarşılığında cavab kartı ağ təhvil verilir,sonradan isə lazımi düzəlişlər edilir və tələbənin saxta qəbulu həyata keçirilir. Ələddin Məmmədov həbs olunsa da onun əməllərini ADAU-nun bu əməkdaşları davam etdirir".

İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ