SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Füzulidə islahatlara həsr olunan müşavirə - Foto

Füzulidə islahatlara həsr olunan müşavirə - Foto

Tarix:

29-10-2019, 10:11

/ 830 dəfə oxundu.
Füzulidə islahatlara həsr olunan müşavirə - Foto

Horadiz şəhəri Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən sosial-iqtisadi islahatlara həsr olunan ümumrayon müşavirəsi keçirilib.

Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə və təşkiatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, sadə vətəndaşlar iştirak ediblər.

Müşavirədə çıxış edən Alı Alıyev Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan danışıb: “İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, həyata keçirilən sosial yönümlü tədbirlər Azərbaycanın bütün vətəndaşları kimi Füzuli rayon sakinləri tərəfindən də çox böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanıb. İmzalanmış hər bir sərəncam və fərman minlərlə füzulili məcburi köçkün ailəsinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynayıb”.

Alı Alıyev diqqətə çatdırıb ki, son bir il ərzində Bakıətrafı qəsəbələrdə salınmış şəhərciklərdə, o cümlədən respublikanın müxtəlif şəhər və rayonlarında tikilmiş qəsəbələrdə minlərlə füzulili məcburi köçkün mənzillərlə təmin edilib. Bir il ərzində rayonun 100 min nəfərdən artıq əhalisinə yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 97 milyon manata yaxın vahid aylıq müavinət ödənilib, dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olunmuş füzulili məcburi köçkün uşaqlarının 4000000 manata yaxın təhsil haqqı dövlət tərəfindən qarşılanıb, 54115 min məcburi köçkünün pulsuz tibbi müayinəsi təşkil edilib, səyyar ASAN XİDMƏT avtobus və qatarları tərəfindən 5203 nəfər məcburi köçkünə müxtəlif istiqamətlər üzrə xidmətlər göstərilib. Rayonun aztəminatlı ailələrindən olan 159 ailə özünüməşğulluq proqramına cəlb olunub, 432 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib, “DOST İŞ Mərkəzi” MMC vasitəsilə 350 nəfər haqqı ödənilən ictimai işlərə, 2000 min nəfərdən artıq rayon sakini isə mövsümü işlər olan pambıq, taxıl, şəkər çuğunduru becərilməsinə və ipəkqurdu saxlanılmasına cəlb olunaraq məşğulluqları təmin olunub.

Müşavirəyə yekun vuran Alı Alıyev məmur-vətəndaş münasibətlərindən danışıb.



Şərhlər

XƏBƏR LENTİ