SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Əlimdə torpağa dair dövlət aktı var..." - GİLEY

"Əlimdə torpağa dair dövlət aktı var..." - GİLEY

Tarix:

28-10-2019, 09:48

/ 993 dəfə oxundu.
"Əlimdə torpağa dair dövlət aktı var..." - GİLEY

DİA.AZ bildirir ki, Mirəhməd Şükürov payıbəlli torpağının zəbt olunmasından ürəkağrısı ilə danışır. Deyir başqası tərəfindən zəbt olunan torpağını geri qaytarmaq üçün 4 ildir ki, idarələrdə, məhkəmlərdə sürünür. Astara rayonunun Çayoba kənddən olan Mirəhməd Şükürov vurğulayır ki, bütün bunlar torpağın ona məxsus olmasını göstərən sənədlərin olduğu halda baş verir:

“Əlimdə torpağa dair dövlət aktı var. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da ( kupça) almışam. İstəmirdim məhkəməyə verim. O adamlarla dəfələrlə söhbət etdim, yalvardım, nəticə vermədi. Dövlət orqanlarına dəfələrlə müraciət etdim. Ötəri cavab verdilər, əməli iş görmədilər”.

Onun deməsinə görə, torpaq islahatında ona və ailəsinə 1,26 hektar payıbəlli torpaq düşüb:

“Ailəmdə işləyən yoxdur. Qazancımız bu torpaqdır. Qızlarımı köçürtmüşəm. İndi onlar da öz torpaq paylarını istəyirlər. Kəndə iş yeri yoxdur. Mal-qara saxlayırıq, torpaq becəririk. Ona görə də torpaqlarını istəyirlər ki, orada nə isə etsinlər. Torpağın müəyyən hissəsini zəbt ediblər, bölə bilmirəm. Bu qədər haqqsızlıq olar. 4 ildir haqqımı tələb edirəm, nəticə vermir”.

Mirəhməd Şükürov bu işlə bağlı məhkəmə yollarında da az xərc çəkmədiyini deyir.

“Rayon məhkəməsi Astara şəhərində yerləşir. Şəhərlə yaşadığım kənd arasında 30 kilometrə yaxın məsafə var. Elə gün olub ki, bu yolu məhkəməyə görə 3-4 dəfə gedib-gəlmişəm.Vəkil tutmuşam. Bir qovluq sənəd toplamışam. Adamı incidəndə sevinirlər. Bürokratik əngəllər çoxdur…”

Ötən il iyulun 10-da Astara rayon Məhkəməsi onun xeyrinə qətnamə qəbul edəndə Mirəhməd Şükürov problemlərin arxada qaldığını düşünüb.

“Elə bildim ki, bununla da iş bitdi. Qarşı tərəf şikayət verib. Həm apelliyasiya, həm də Ali Məhkəmə yerli məhkəmənin verdiyi qətnaməni qüvvədə saxladı. İndi işlər ilişib qalıb rayon İcra və Probasiya şöbəsində. 6 aydır ora gedib-gəlməklə məşğulam. Əkin sahəmdə tikinti işləri aparıblar. Qanuna görə əkin sahəsində tikinti işiləri aparmaq olmaz. Nə torpağı qaytarırlar, nə də tikintini sökmək istəyirlər.”, M. Şükürov vurğulayıb.

irəhməd Şükürovun deməsinə görə, Astara Rayon İcra və Probasiya şöbəsi-ndən ona bildiriblər ki, qətnamənin icrası dayandırılıb:

“Deyirlər ki, zəbt olumuş torpaqların mənə qaytarılması barədə qətnamə verən hakim Mübariz Məmmədov bu qətnamənin icrasını dayandırıb. Güya mən kiminsə torpağını zəbt etmişəm. Buna görə məni məhkəməyə veriblər. Axı məhkəmə bu torpaqların mənə və ailəmə məxsus olduğunu qətnamə ilə təsdiq edib. Belə görünür ki, məhkəmə məni karusel kimi fırladır.”

Mirəhməd Şükürovun sözlərinə görə, illərlə uzanan torpaq mübahisəsi ona baha başa gəlib:

“Ailədə bununla bağlı əsəb gərginliyi var. Normal yaşayışımız yoxdur. Bu müddətdə bir övladımı itirmişəm. Həyat yoldaşım xəstəlik tapıb. Bu illərim məmur qapıların önündə keçib. İstəmişəm ki, haqq yerini tutsun. Amma tutmur.”

Mirəhməd Şükürovla məhkəmə çəkişməsində olan insanların bütün bu deyilənlərə münasibətini almaq mümkün olmayıb.

Şərhlər

XƏBƏR LENTİ