SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Alıyev budəfəki görüşü Babı kəndində keçirdi - Foto

Alıyev budəfəki görüşü Babı kəndində keçirdi - Foto

Tarix:

25-10-2019, 10:54

/ 969 dəfə oxundu.
Alıyev budəfəki görüşü Babı kəndində keçirdi - Foto

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Babı kəndində keçirilib.

Səyyar qəbulda Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev, rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Səyyar qəbulda çıxış edən Alı Alıyev bu sosial sahədə atılan uğurlu addımlarıdan danışıb. Bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Beləliklə, imzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib.

Babı kəndinin ümumi əhalisi 1220 nəfərdi, hal-hazırda 862 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1005 nəfərə hər ay 60300 manat vahid aylıq müavinət ödənilir, 3 ailəyə ünvanlı sosial yardım təyin edilib, 1 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Babı kəndində 3 şəhid ailəsi, 4 Qarabağ müharibəsi əlili vardır.

Kənd sakinlərindən 202 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 148 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər. Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.


Şərhlər

XƏBƏR LENTİ