XalqXəbər.Az

İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimov “informatoru” axtarır

İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimov “informatoru” axtarır
18-10-2019, 10:32

Özünə təmtəraqlı 50 illik yubiley keçirməklə, İmişlidə fəaliyyət göstərən şadlıq evlərindən birində sərxoş vəziyyətdə dava salıb, şəxsə bədən xəsarəti yetirməklə, oğluna paytaxtın elit restoranlarından birində dəbdəbəli toy etməklə gündəmə gələn İmişli Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimov indi də rəhbərlik etdiyi müəssisədə “günahkar” axtarışına çıxıb. Rayondakı mənbədən Conflict.az-a daxil olan məlumatda qeyd edilir ki, idarə rəisi ötən gün mətbuatda dərc edilən məlumatdan sonra təşkilatdaxili informatoru axtarır. Belə ki, mətbuat ötən gün Maliyyə idarəsinin avtomobillərinin yanacaq təminatı üçün müvafiq dövlət qurumu tərəfindən verilən pulsuz yanacaq kartının Rəhim Rəhimovun paytaxtda yaşayan oğlunda olması ilə bağlı məlumat dərc etmişdi. İdarə rəisinin son dərəcə gizlin saxladığı vəziyyətin mətbuata çıxması əlbəttə ki, cənab Rəhimovu təəccübləndirməyə bilməzdi. Elə ona görə də mediaya informasiya ötürülməsi məsələsində ilk olaraq sürücüsündən şübhələnən idarə rəisi öncə onu sorğu-sual edib. Sürücüdən konkret məlumat ala bilməyən R.Rəhimov axtarışlarını hələ də davam etdirir.
Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.