SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xocəsən bələdiyyəsində tələm-tələsik torpaq alveri

Xocəsən bələdiyyəsində tələm-tələsik torpaq alveri

Tarix:

14-10-2019, 11:01

/ 1 267 dəfə oxundu.
Xocəsən bələdiyyəsində tələm-tələsik torpaq alveri

Bir neçə aydan sonra ölkə ərazisində bələdiyyə seçkiləri keçiriləcək. 2014-cü ildən bəri fəaliyyət göstərən fəaliyyətləri dövründə əhali tərəfindən daha çox narazılıq yaradan bələdiyyə sədrləri işdən atılacaqlarını bilirlər. Gundeminfo.az-a daxil olan informasiyaya əsasən Binəqədi rayonunda daha çox qanunsuz torpaq satışı ilə məşğul olan xüsusilə də dövlətin balansında olan torpaqları vətəndaşlara satan və ya zəbt edilməsinə göz yuman bələdiyyələrdən biri də, Xocahəsən bələdiyyəsidir.

Məlumat üçün bildirək ki, Xocəsən bələdiyyəsi 2003 – cü ildən formalaşıb və hazırda bələdiyyə öz inzibati binasında yerləşir.

Xocəsən bələdiyyəsinin ərazisi 5 inzibati ərazi vahidini Sulutəpə, Xocəsən, 28 May qəsəbəsi və (2 yaşayış massivini) Motodrom və Çiçək yaşayış massivini əhatə edir.

Məlumatlara əsasən qanunsuz yollarla zəbt edilmiş, mübahisəli torpaqlardan biri də Xocahəsən bələdiyyəsidir. Redaksiyamıza daxil olan informasiyaya əsasən son bir neçə ay ərzində Dövlət Əmlak Komitəsi tərəfindən hərraclara torpaq ərazisi təqdim etməklə bağlı embarqo qoyulan bələdiyyə də elə Xocahəsən bələdiyyəsidir.
Xocahəsən bələdiyyəsində tələm-tələsik torpaq alveri
Mənbənin məlumatına əsasən bu bələdiyyədə torpaq satışı ilə əlaqədar hətta Binəqədi Rayon İcra Hakimiyyəti də rəsmi məktubla əlaqədar qurumlara müraciət edərək prossesin dayandırılmasını xahiş edib. Bildirilir ki, yenidən bələdiyyə sədri olmayacağını bilən indiki sədr Anar Abbasov təşvişə düşüb. Qarşıdan gələn seçkilərdə namizəd ola bilmək üçün göstərdiyi çabaların yetərsiz olduğunu bildiyindən Xocahəsən bələdiyyəsində torpaqların bələdiyyə tərəfindən satışına qoyulan qadağana sədr narahat olmağa başlayıb.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ