SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » LÜTVƏLİ BAYAYEV SAHİBKARLARDAN PAMBIQ PULU YIĞIR - PREZİDENTƏ ŞİKAYƏT

LÜTVƏLİ BAYAYEV SAHİBKARLARDAN PAMBIQ PULU YIĞIR - PREZİDENTƏ ŞİKAYƏT

Tarix:

31-03-2017, 14:35

/ 44 240 dəfə oxundu.
LÜTVƏLİ BAYAYEV SAHİBKARLARDAN PAMBIQ PULU YIĞIR - PREZİDENTƏ ŞİKAYƏT

Zərdab rayon sakinləri tərəfindən ölkə rəhbərinə redaksiyamız vasitəsi ilə şikayətlərin qeyd ediblər. Belə ki, rayon sakinləri Prezidentə müraciətlərində qeyd edirlər ki, Zərdab rayonlar arasında ən geridə qalmış inkişaf etməmiş bölgə kimi qalmışdır. Rayonun bu gün geridə qalmasının bilə vasitə səbəbkarı isə Lütvəli Babayevdir.
Elektron ünvanımıza verdikləri xəbərə görə, L.Babayevin yarıtmaz fəaliyyəti nəticəsində Zərdab-Ucar, Zərdab-Kürdəmir və Zərdab-Ağcabədi rayon yolları tam yararsız vəziyyətdədir. Zərdab rayonunda 10 İl rəhbər vəzifəsi daşıyan Lütvəli Babayev öz fəaliyyəti ilə tam fəaliyyətsiz olduğunu nümayiş etdirməkdədir. Rayonun mərkəzi küçələrinin asfalt örtüyü dağlıb, zibilliklərə, sahibsiz itlərə qərq olub. Bu 10 il müddətində Zərdab rayon icra başçısı işləyən prezidentin etimadını doğrultmayan L.Babayev talançılıq siyasətini həyata keçirdib. Buna görə də Respublikada ən yoxsul, şəraitsiz rayon kimi göz qabağındadır.
Bütün bu sadalananlar azmış kimi rayon rəhbəri prezident İlham Əliyevin göstərişlərinə məhəl qoymamaqdadır. Buna subut olaraq Lütvəli Babayev sahibkarlardan haqq alır, ən dəhşətlisi isə çayxana işlədən xırda sahibkarlar belə icra başçısına haqq ödəmək məcburiyyətindədir. Rayon sakinləri başçının fəaliyyətindən artıq cana doyubdur. Savadsızlıq və nümayiş etdirən icra başçısı bizlərə gərəkli olmadığı qədər ölkə rəhbərinində fəaliyyətinə ləkə salmaqdadır. Buna misal olaraq sosial şəbəkələrdə yayılan video görüntü subut ola bilər. Həmin məclisdə Prezidentə qarşı işlətdiyi ifadə artıq hökümət əleyhinə olduğu məlum olur. Bu video görüntülərdən Zərdab rayon sakinləri utanc hissi keçirməli olduq. Sakini olduğumuz Zərdab rayonuna görün kim başçılıq edir. İcra başçısının bu video çıxışına baxdıq da məlum olur ki, həqiqətəndə dövlət siyasətinin əleyhinə çıxaraq onu nüfuzdan salmağa çalışır. Prezidentin göstərdiyi etimada layiq olmadığını fəaliyyəti və danışıq nitqi ilə ifadə etməkdən çəkinməyən birisi başçı vəzifəsini daşımağa layiq olmadığın rahat şəkildə ifadə etməkdədir.
L.Babayev öz yaxınlarına bildirdiyinə görə, qısa müddət sonra Ucar rayonuna icra başçısı təyin ediləcəyini deyib. Buna görə artıq yuxarı dairələrin haqqın verdiyinidə qeyd edib. Zərdab rayonunda dövlət əleyhinə apardığı təbliğat və təşviqat konpanyasını indidə Ucar rayonunda davam etdirmək niyətində olduğu aşikardır. Bu söz söhbətin əhali tərəfindən bilindiyini görən başçı L.Babayev artıq sahibkarlara nə göz verir nədə işıq. Rayonda fəaliyyət göstərən bütün sahibkarlardan 500 -1000 manat arası pulun yığılmasını tapşırıb. Yığılan puların guya ki, pambıq əkilməsi üçün tələb edildiyini də qeyd edib.
Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik heç bir vəzifəyə yaramayan Lütvəli Babayevin barəsində tədbir görsünlər.
Zərdab rayon sakinləri: Qasımov Faiq Nəsir oğlu, Sadıqova Səmərrux Eldar qızı, Mehdiyeva Aybəniz Rafiq qızı, Əliyev Lətif Səhrab oğlu, Süleymanova Xədicə Məmməd qızı, Vəliyev Qurban Oruc oğlu

BakuNews

Şərhlər

XƏBƏR LENTİ